Avropa Komissiyası Macarıstandakı seçkilərdən öncə Budapeşti sərt tənqid etməyəcək
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 16 fevral, AZƏRTAC
Avropa Komissiyası Macarıstanda qarşıdan gələn seçkilərə müdaxilə ittihamlarından yayınmaq üçün bəyanatlarında daha ehtiyatlı olacaq və Budapeşti həddindən artıq tənqid etməkdən çəkinəcək.
AZƏRTAC xəbər verir ki, “Financial Times” qəzeti bu barədə mənbəyinə istinadla məlumat yayıb.
“Avropa Komissiyası seçkilərə müdaxilədə ittiham olunmaması üçün Macarıstanla bağlı heç bir geniş açıqlama verməməklə ağıllı davranır”, - deyə nəşrin həmsöhbəti bildirib.
Qeyd edək ki, Macarıstanda yeni hökumətinin formalaşması ilə nəticələnəcək seçkilər aprelin 12-nə təyin edilib. Seçkilərdə Baş nazir Viktor Orbanın hakim FİDES - Macarıstan Vətəndaş İttifaqı partiyası və onun tərəfdaşları olan xristian demokratlar müxalif “Tisa” partiyası ilə mübarizə aparacaq. Sonuncunun lideri, Avropa Parlamentinin üzvü Peter Madyar, Avropa İttifaqı rəhbərliyinin və Avropa Parlamentindəki ən böyük fraksiya - Avropa Xalq Partiyasının dəstəyinə arxalanır.
Analitiklərin sözlərinə görə, Macarıstanda qarşıdan gələn seçkilər Avropa İttifaqı üçün ən böyük çətinliklərdən biridir və Brüssel Viktor Orbandan yaxa qurtarmaq üçün əlindən gələni edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 16 Fevral 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















