Avropa Komissiyası rəhbəri strateji səhvləri etiraf ETDİ
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen strateji səhvləri qəbul etməyə başlayıb və bu səhvlərin siyahısının uzun olacağı gözlənilir.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev sosial şəbəkə hesabında paylaşım edib.
“Ursula strateji səhvləri etiraf etməyə başlayıb. Siyahı uzun olacaq, amma heç olmasa başlanğıc qoyuldu”, - deyə paylaşımda bildirilir.
Rusiya fondunun rəhbəri bu fikirləri fon der Lyayenin Avropada atom enerjisinin payının azaldılmasının strateji səhv olduğunu deməsinə cavab olaraq səsləndirib.
Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto Avropa İttifaqını dərhal Rusiya nefti və qazının tədarükünə icazə verməyə çağırıb. Diplomatın sözlərinə görə, Brüssel qadağanı aradan qaldırmasa, bu addım Avropa iqtisadiyyatına son dərəcə ciddi zərbə vuracaq.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 10 Mart 2026 21:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















