Avropa Komissiyası Temunu cərimələdi
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avropa Komissiyası (AK) Çinin onlayn ticarət platforması olan "Temu"ya 200 milyon avro məbləğində cərimə tətbiq edib. Qurumun açıqlamasında qeyd edilib ki, platformada zəhərli uşaq oyuncaqları və təhlükəsizlik yoxlamasından keçməmiş enerji adapterləri satışa çıxarılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa icra orqanının mətbuat xidməti bəyanat yayıb:
"Seçilmiş enerji adapterlərinin çox böyük hissəsi əsas təhlükəsizlik yoxlamalarından keçə bilməyib, uşaq oyuncaqlarının isə yüksək faizi icazə verilən kimyəvi maddə konsentrasiyalarının aşılması səbəbindən orta və yüksək səviyyəli təhlükə yaradıb".
AK-nın iddialarına əsasən, platformada satılan oyuncaqlar təkcə təhlükəli miqdarda kimyəvi maddələr ehtiva etməyib, həm də uşaqların boğulmasına səbəb ola biləcək çoxsaylı sökülən hissələrə malik olub. Platformanın sahibləri həmçinin resursun dizayn və alqoritmlərinin "təhlükəli malları" təşviq etməsinə görə ittiham olunublar. AK onlayn mağazaya pozuntuların aradan qaldırılması üzrə planı təqdim etmək üçün avqustun 28-dək qədər müddət verib. Bundan sonra AK iki ay ərzində cərimənin ödənilməsi ilə bağlı yekun qərar çıxaracaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 28 May 2026 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















