Avropa Kuboku: Kür İslandiya klubu ilə cavab matçına çıxacaq
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunun III mərhələsində bu gün İslandiya təmsilçisi “Haukar” ilə cavab matçına çıxacaq.
“Report”un Mingəçevirə ezam olunan əməkdaşının məlumatına görə, qarşılaşma “Kür” Olimpiya İdman-Tədris Mərkəzində təşkil olunacaq.
Saat 17:00-da start götürəcək görüşü moldovalı hakimlər Dorian Sirbu və Viktor Serdyuk idarə edəcəklər.
Qeyd edək ki, ötən gün baş tutan ilk oyun İslandiya təmsilçisinin 30:25 hesablı qələbəsi ilə yekunlaşıb.

Avropa Kuboku: Kür İslandiya klubu ilə cavab matçına çıxacaq
01 Dekabr 2024 12:39
Avropa Kuboku: Kür İslandiya komandası ilə cavab matçına çıxacaq
01 Dekabr 2024 13:49
Kür İslandiya klubu ilə cavab matçına çıxacaq
01 Dekabr 2024 10:53
Avropa Kuboku: Kür İslandiya klubu ilə qarşılaşacaq
30 Noyabr 2024 14:54

