Avropa kubokunda çıxış edəcək Azərbaycan gimnastları müəyyənləşib
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Bədii gimnastika üzrə Azərbaycan yığması Bakıda keçiriləcək Avropa kubokunda geniş heyətlə təmsil olunacaq.
İdman.biz xəbər verir ki, böyüklər arasında fərdi yarışda Gövhər İbrahimova və Zöhrə Cəfərova, yeniyetmələrin yarışında isə Şəms Ağahüseynova, Azadə Atakişiyeva və Fidan Qurbanlı mübarizə aparacaqlar.
Turnirin ev sahibləri qrup yarışlarında da təmsil olunacaqlar. Böyüklərdən ibarət komandada Ləman Əlimuradova, Daria Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Sofiya Məmmədova yer alacaqlar.
Yeniyetmələr qrupunun heyətinə Nəzrin Abdullayeva, Ayan Nəsirova, Nəzrin Salmanlı, İlahə Bahadırova, Şəms Müvəffəqi və Nilufər Oruclu daxil edilib.
Qeyd edək ki, mayın 1-4-də keçiriləcək Avropa kubokunda 23 ölkədən gimnastlar çıxış edəcəklər.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 23 Aprel 2025 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















