Icma.az
close
up
RU
Avropa liderləri İlham Əliyevdən nümunə götürür

Avropa liderləri İlham Əliyevdən nümunə götürür

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Son illər Avropa siyasətində diqqətçəkən proseslərdən biri milli suverenlik, daxili işlərə müdaxiləyə qarşı çıxışlar və Brüssel bürokratiyasına etirazların güclənməsidir. Maraqlıdır ki, vaxtilə əsasən Azərbaycan Prezidenti İlham Əliyevin açıq şəkildə səsləndirdiyi bəzi mesajlar indi Avropanın müəyyən siyasi liderləri tərəfindən də təkrarlanmağa başlayıb.

Modern.az xəbər verir ki, bu tendensiyanın son nümunəsi Slovakiyanın Baş naziri Robert Fitsonun açıqlamaları oldu.

Belə ki, Avropa Siyasi Birliyinin VIII sammitində videobağlantısında çıxış edən Prezident İlham Əliyevin Avropa Parlamenti bağlı dediklərinə Baş nazir Robert Fitso tam dəstək verdiyini bildirmişdi.

Prezident İlham Əliyevin dediklərini xatırlayaq. Ölkə başçısı sammitdəki çıxışında Avropa Parlamentinin Azərbaycanla bağlı fəaliyyətini kəskin tənqid edərək bildirmişdi:

“İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik və evsiz insanların problemlərini həll etmək əvəzinə böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib".

Fitso Rusiyadan qayıdarkən jurnalistlərə açıqlamasında  Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Parlamenti ilə bağlı mövqeyini açıq şəkildə dəstəklədiyini bildirərək, “Əliyev Avropa Parlamentini sərt tənqid etdi və bu, həqiqət idi. Bizim problemlərimiz kifayət qədərdir. Avropa Parlamenti başqalarının işlərinə qarışmamalıdır” dedi.

Fitsonun bu açıqlaması əslində son illər rəsmi Bakının Avropa institutlarına münasibətdə səsləndirdiyi mövqenin Avropanın öz daxilində də dəstək qazanmağa başladığını göstərir.

Əslində, Avropada son dövrlər güclənən siyasi xətt də məhz milli dövlətlərin suverenlik hüquqlarının müdafiəsinə əsaslanır. Slovakiyanın Baş naziri Robert Fitso və bir sıra sağ-mərkəzçi Avropa siyasətçiləri Brüsselin mərkəzləşdirilmiş siyasətinə qarşı daha sərt mövqedən çıxış etməyə başlayıblar.

Bu mənada Azərbaycanın illərdir həyata keçirdiyi siyasət müəyyən dairələr üçün model kimi görünür. Bakı xarici təzyiqlərə qarşı müqavimət göstərən, milli maraqları prioritet sayan, balanslaşdırılmış xarici siyasət yürüdən, geosiyasi və enerji imkanlarını effektiv istifadə edən dövlət modeli formalaşdırıb.

Prezident İlham Əliyevin beynəlxalq platformalarda nümayiş etdirdiyi sərt və özünəinamlı siyasi ritorika artıq bəzi Avropa liderlərinin çıxışlarında da hiss olunmağa başlayır.

Bu proses göstərir ki, Avropada yeni siyasi reallıq formalaşır. Həmin reallıqda milli maraqların müdafiəsi, dövlət suverenliyi və xarici müdaxilələrə qarşı müqavimət əvvəlki dövrlərlə müqayisədə daha çox ön plana çıxır.

Görünən odur ki, Azərbaycan bu siyasəti həyata keçirən ölkələr arasında artıq tək deyil. Bu gün Avropa liderləri də İlham Əliyevdən öyrənməyə başlayıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 May 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri