Icma.az
close
up
RU
Avropa liderləri Putinlə görüşmək üçün növbəyə dayanıb Adlar açıqlanır

Avropa liderləri Putinlə görüşmək üçün növbəyə dayanıb Adlar açıqlanır

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər bəzi Avropa liderləri Rusiya prezidenti Vladimir Putinlə görüşün vacibliyini vurğulayırlar. Finlandiyanın Prezidenti Aleksandr Stubb da həmin mövzuya toxunaraq, Fransa və ya Böyük Britaniya liderlərinin bu rolu üzərlərinə götürməli olduğunu qeyd edib. Bu təklif, Avropa ölkələrinin Ukraynaya sülhməramlı qüvvələr göndərmə məsələsi ilə əlaqədar olaraq gündəmə gəlib.

Belə bir görüş gerçəkləşərsə, Putin hansı Avropa lideri ilə görüşəcək və bu görüşdə hansı təkliflər müzakirə oluna bilər?

Globalinfo.az-a danışan siyasi şərhçi Həşim Səhrablı deyib ki, Avropa liderlərinin Putinlə birbaşa təmas qurması qeyri-mümkün görünür:

“Bu kimi təmaslar Rusiya ilə münasibətləri müəyyən qədər qoruyub saxlayan ölkələr tərəfindən baş verə bilər. Məsələn, Macarıstanın Baş naziri Viktor Orban, Slovakiyanın Baş naziri Robert Fitso aid edilə bilər. Çünki onların indi də Rusiya ilə iqtisadi əlaqələri mövcuddur və diplomatik kanallar vardır. Fransa və İngiltərə tərəfindən dövlət başçıları səviyyəsində kiminsə Putinlə görüşməsi mümkün görünmür. Ukrayna məsələsi ilə bağlı yaranan ziddiyyətlərlə yanaşı, bu ölkələr arasında diplomatik kanallar da pozulub. Hər hansı təmas üçün açıq kanal yoxdur. Bunu yalnız 3-cü ölkələrin əli ilə edə bilərlər. İndiki məqamda isə bu proses gözlənilmir”.

Siyasi şərhçinin sözlərinə görə, hazırda danışmaq üçün mövzusu və açıq kanalı olmayan ölkələrin görüşü belə ziddiyyətlidir:

Həşim Səhrablı

“3-cü ölkələrin vasitəsilə görüşülsə belə, hansı məsələlər müzakirə olunacaq? Donald Tramp ona görə hakimiyyətə gələn kimi ilk iş Rusiya ilə qapanan bağlı kanalları açmağı başladı. Trampa qədər Bayden hakimiyyəti rəsmi Moskva ilə kanalları bağlamışdı və danışılacaq mövzuların olmadığını qeyd edirdilər”.

Həşim Səhrablı vurğulayıb ki, Ukrayna məsələsində Rusiya ilə ABŞ-ın maraqlarında müəyyən ziddiyyətlər var:

“Milli maraqlarından heç kim vaz keçmək istəmir. Gələcəkdə belə bir görüş mümkün olarsa, Britaniya və Fransanın Rusiyadan əsas istəyi Avropanın təhlükəsizliyi olacaq. Ukraynanın suverenliyi, ərazilərin geri qaytarılması, Rusiyaya verilməsi məsələsi aktual olmayacaq. Fransa və İngiltərə əmindir ki, nə qədər ki, nüvə ölkəsidirlər, Rusiya onlara hücuma keçə bilməz. Avropanın təhlükəsizliyi dedikdə isə iqtisadi, sosial, milli maraqlar baxımından əhəmiyyətli olan daxili təhlükəsizlik və s. nəzərdə tutulur. Rusiya buna cavabdeh olarsa, tərəflər arasında görüş mümkündür. Lakin hazırda bu vəziyyətin yetişmədiyinin şahidiyik. Rusiya bu gün Avropanı bir çox sahədə şantaj etməklə məşğuldur. Qərblə Rusiyanın anlaşması üçün ideal zəmin formalaşmayıb”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Aprel 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri