Avropa liderləri Rusiya ilə sülhdən qaçırlar: səbəbi var Siyarto
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Moskva ilə dialoqdan imtina sülh ümidindən imtinadır”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
Onun sözlərinə görə, Avropa liderləri “hərbi psixozdan” əziyyət çəkirlər və bu, sülhə ciddi şəkildə mane olur:
“Avropada siyasi qüvvələr sülhə gətirəcək hər bir təşəbbüsdən qaçmağa çalışır. Bunun əsas səbəbi Avropanın hazırda müharibə psixologiyası ilə idarə olunmasıdır. Moskva ilə enerji əməkdaşlığı ideologiya ilə bağlı deyil, çünki Rusiya resursları olmadan Avropa İttifaqı enerji tələbatını ödəyə bilməz. Rusiya mənbələrindən imtina edilsə, mövcud infrastruktur enerji tələbatını qarşılamaq üçün kifayət etməyəcək. Buna görə də, bu məsələ siyasət və ideologiya ilə deyil, sırf fiziki və iqtisadi reallıqlarla bağlıdır. Nə siyasət, nə də ideologiya vasitəsilə binaları qızdırmaq, soyutmaq və ya zavodları işə salmaq mümkündür”.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 23 Oktyabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















