Avropa liderləri Rusiyayla rəqabət apara bilməyəcəklərini anlayırlar
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
NATO bu gün Rusiya ilə əməkdaşlıq imkanlarını itirdiyinə görə təəssüflənir. Hazırda Rusiya bloka daxil olan ölkələrin ümumi göstəricilərini üstələyir.
Redaktor.az xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri Devid Payn YouTube-da yayımlanan "Dialogue Works" kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Avropa liderləri Rusiyayla rəqabət apara bilməyəcəklərini anlayırlar. “Rusiya satınalma qabiliyyəti paritetinə görə hərbi xərclərə NATO-nun 30 Avropa ölkəsinin hamısından daha çox vəsait ayırır”, - deyə Payn vurğulayıb.
ABŞ nümayəndəsi hesab edir ki, Rusiya ilə bağlı süni şəkildə yaradılmış təhlükə görüntüsü və postsovet məkanının dövlətlərinin NATO-ya faktiki inteqrasiyası alyans üçün Moskva ilə münasibətlərdə strateji itkiyə səbəb olub.
Paynın fikrincə, əgər ABŞ NATO-nu genişləndirməyə, xüsusilə də Ukraynanı bloka daxil etməyə cəhd göstərməsəydi, Qərbin Rusiya ilə münasibətləri daha sabit ola bilərdi. Bu halda tərəflər iqtisadi sahədə, hətta təhlükəsizlik məsələlərində belə əməkdaşlıq edə bilərdilər.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 27 Noyabr 2025 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















