Icma.az
close
up
RU
Avropa liderləri toplaşır Məqsəd NƏDİR?

Avropa liderləri toplaşır Məqsəd NƏDİR?

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bir sıra ölkələrin liderləri və Avropa siyasətçiləri təhlükəsizlik zəmanətləri barədə müzakirə aparmaq və Volodimir Zelenskiyə dəstək olmaq üçün bu gün Kiyevə səfər edirlər. İspaniyanın Baş naziri Pedro Sançes, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen səfər planlarını artıq açıqlayıblar.

Eyni zamanda, Latviya, Litva, Malta və Kanada liderləri ya şəxsən, ya da videobağlantı ilə tədbirə qoşulacaqlar. Avropa Parlamentinin sədri Roberta Metsola da müzakirədə iştirak etməyi planlaşdırır. Məlumata görə, Xorvatiya, Danimarka, Norveç, Finlandiya, Polşa, Estoniya, İsveç, Belçika, İrlandiya, Niderland və Almaniya isə öz siyasətçilərinin görüşdə mümkün iştirakı ilə bağlı sorğuya cavab verməyiblər. Çexiya lideri isə görüşdə iştirak etməyəcək.


Maraqlıdır, bu toplantının pərdəarxa məqamı nələrdir?


Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Rusiya Ukrayna müharibəsinin üçüncü ilində Avropanın bir çox liderləri Kiyevə toplaşması Avropa İttifaqının Ukraynaya sarsılmaz siyasi dəstəyinin bariz nümunəsidir:

“ABŞ Prezidenti Donald Trampın Ukraynaya qarşı təzyiqləri fonunda Avropa dövlətlərinin qətiyyətli birlik nümayiş etdirməsi  Zeleskinin mövqeyini kifayət qədər gücləndirdi. ABŞ-dən hərbi yardımlar kəsiləcəyi fonunda Avropanın Ukraynaya hərbi dəstəyi artırır. Böyük Britaniya və Fransa kifayət qədər sərt mövqe ortaya qoyub.

Almaniyada anti-Rusiya yönümlü xristian demokratların seçkidə qələbə əldə etməsi, rəsmi Berlinin siyasətində əsaslı dəyişikliklərə gətirib çıxaracaq. Seçkilərdə qələbə çalan partiyanın lideri Almaniyanın ABŞ-dən asılılığına son qoyacağını və Rusiyaya qarşı Ukraynanı tam dəstəkləyəcəyi mesajını verib. Sabiq kansler O. Şolts münaqişəyə spesifik yanaşırdı. Bu da Qərb blokunda müəyyən fikir ayrılıqlarına səbəb olurdu”.

Onun sözlərinə görə, Avropa dövlətləri anti-Rusiya koalisiyası quraraq Tramp və Putin sövdələşməsinin qarşısını alacaq:

“ABŞ və Rusiya Almaniyada ifrat sağçı qüvvələrin hakimiyyətə gəlməsi üçün ciddi işlər görməsinə baxmayaraq qələbə əldə etmədilər. Əgər Almaniyada Rusiyayönümlü qüvvələr hakimiyyətə gəlsəydi, Ukrayna üçün mənfi nəticələri qaçılmaz olacaqdı. Avropa daxilən parçalanacaqdı. Avropa ittifaqının ABŞ-dən ayrılması, geosiyasi nizamda yeni güc olaraq ortaya çıxır. Beləliklə, ABŞ-nin başçılıq etdiyi qütb parçalanır. Bununla da Rusiya və ABŞ-nin Avropa ilə bağlı planları fiaskoya uğrayır”.

 
Politoloq qeyd edib ki, Avropa dövlətləri Ukrayna ilə bağlı siyasətlərındə Türkiyə ilə koordinasiyalı çalışır:

“Ukrayna lideri Türkiyə ilə əməkdaşlıqda israrlıdır. Türkiyə öz hərbi maşını ilə Ukraynaya ciddi dəstək verəcək. Rusiyanın xarici işlər naziri Lavrovun Ankaraya səfər etməsi, məhz Ankaranın Ukrayna siyasətindən narahatlığından irəli gəlir, amma Ankaranın öz milli təhlükəsizlik maraqlarını üstün tutaraq Kremllə razılaşmaya getməsi istisnadır. 

Məhz Avropanın Türkiyə ilə münasibətlərini inkişaf etdirməsi, Azərbaycanla bağlı Avropanın siyasətində müsbət istiqamətdə inkişaf edəcək. Avropa İttifaqı Azərbaycan və Ermənistan məsələsində beynəlxalq hüquqdan çıxış edəcək. Ermənistana birtərəfli şəkildə dəstək verilməsi aradan qalxacaq. Çünki beynəlxalq hüququn ABŞ tərəfindən tanınmaması, Avropa üçün soyuq duş effekti verdi. 

Yeni geosiyasi şərtlərə uyğun olaraq Avropa dövlətləri öz iqtisadiyyatlarında hərbi maşın işə salacaq. Yaxın perspektivdə Avropanın təkcə iqtisadi mərkəz deyil, həm də hərbi mərkəz olması gözlənilir. Bu da Rusiya üçün çəkindirici faktor olacaq”.

M.Əsədullazadə bildirib ki, növbəti günlərdə Böyük Britaniya və Fransa liderləri Trampla danışıqlar aparmaq üçün ABŞ-yə yola düşəcəklər:

“Trampla danışıqların effektli olması gözlənilmir. Bu görüşdən sonra Böyük Britaniya və Fransanın Ukraynaya ordu göndərməsi mümkündür. Növbəti mərhələdə Almaniya da Ukraynaya ordu göndərə bilər. Putinin Trampa arxayın olub, Ukraynanı məğlub etmək planına Avropa seyrçi qalmadı. Bununla da Avropa yeni siyasi-iqtisadi və hərbi güc olaraq ortaya çıxır. Növbəti mərhələdə Rusiya üçün çətin sınaqlar qabaqdadır. Vaşinqton Avropa ölkələri kimi əsas strateji müttəfiqlərinin etimadını itirdi”. 

Firuzə Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://sfera.az
archiveBu xəbər 24 Fevral 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see809

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see728

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see265

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see262

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see261

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see252

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see235

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see235

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see229

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see216

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see192

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see191

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see190

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see189

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see186

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see185

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see184

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see176

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see173

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri