Icma.az
close
up
RU
Avropa liderlərindən ABŞ yə sərt mesaj

Avropa liderlərindən ABŞ yə sərt mesaj

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ rəhbərliyindən Qrenlandiyanın hərbi güc tətbiq olunaraq nəzarət altına alına biləcəyi ilə bağlı açıqlamalara Avropa ölkələri sərt reaksiya verib. 

İngiltərə, Fransa və Almaniyanın liderlik etdiyi koalisiya bəyan edib ki, adanın gələcəyi yalnız Qrenlandiya və Danimarka xalqlarının qərarına bağlıdır.

"Cebheinfo.az" xəbər verir ki, İngiltərənin Baş naziri Keir Starmer, Fransanın Prezidenti Emmanuel Makron və Almaniyanın Kansleri Fridrix Merts yayımladıqları birgə bəyanatda Qrenlandiyanın Danimarka Krallığına bağlı yarı muxtar bir ərazi olduğunu və “öz xalqına məxsus olduğunu” vurğulayıblar.

İtaliya, Polşa və İspaniya baş nazirlərinin də imzaladığı açıqlamada bildirilib ki, Arktika bölgəsində təhlükəsizlik müttəfiqlərlə birgə şəkildə təmin olunmalıdır və NATO üzvü olan bir ölkənin ərazisinə əl qoymaqla bu mümkün deyil. Məsələ Ağ Evin siyasət üzrə müşaviri Stiven Millerin açıqlamaları ilə daha da dərinləşib.

Miller bir televiziya kanalına verdiyi müsahibədə bildirib ki, Qrenlandiyanın gələcəyi uğrunda heç kim ABŞ ilə hərbi münaqişəyə girməyəcək.

Qrenlandiyanın əhali baxımından azlıq təşkil etdiyini vurğulayan Miller, Danimarkanın bölgə üzərindəki hüquq iddiasını da sual altına alıb.

Ağ Evdən verilən rəsmi açıqlamada isə Qrenlandiyanın əldə edilməsinin ABŞ üçün milli təhlükəsizlik prioriteti olduğu və hərbi variantların daim gündəmdə saxlanıldığı bildirilib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Yanvar 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see282

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see262

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see258

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see252

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see249

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see237

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see229

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see222

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see213

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see212

Filipp Kirkorovu səhnədə “qırxmağa” çalışacaqlar

06 Sentyabr 2026 03:27see209

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see207

İlham Əliyev III Msvatini təbrik etdi

06 Sentyabr 2026 11:38see200

Şah Qacarın “bığlı arvadları” əslində kimlər idi? ARAŞDIRMA

06 Sentyabr 2026 05:07see198

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see192

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see191

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see181

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see180

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see170

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri