Icma.az
close
up
RU
Avropa liderlərinin Londonda razılığa gəldikləri 4 MƏSƏLƏ

Avropa liderlərinin Londonda razılığa gəldikləri 4 MƏSƏLƏ

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Londonda Ukrayna ilə bağlı sammitin yekunlarına dair mətbuat konfransı keçirilib.

Modern.az xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer liderlərin yaxın zamanda yenidən görüşmək barədə razılığa gəldiklərini açıqlayıb.

Onun sözlərinə görə, məqsəd "hərəkət tempini qorumaq" və ümumi plan üzərində işi davam etdirməkdir.

Starmer çıxışında dünya liderlərinin ciddi bir seçim qarşısında olduğunu vurğulayıb:

"Bu gün biz tarixin dönüş nöqtəsindəyik. Artıq boş danışmağın vaxtı deyil – hərəkət etmək və ədalətli, dayanıqlı sülhün əldə olunması üçün yeni plan ətrafında birləşmək zamanıdır."

Böyük Britaniya, Fransa və digər ölkələrin Ukrayna ilə birgə atəşkəs planı üzərində işlədiklərini bildirən Starmer qeyd edib ki, bu plan ABŞ-lə da müzakirə olunacaq və müttəfiqlər tərəfindən birlikdə icra ediləcək.

Starmer Britaniya hökumətinin Ukraynaya 1,6 milyard funt sterlinq dəyərində maliyyə ayıracağını açıqlayıb. Bu vəsait Ukraynanın beş mindən çox hava hücumundan müdafiə raketi almasına imkan yaradacaq. Həmin raketlər Şimali İrlandiyanın Belfast şəhərində istehsal olunacaq ki, bu da Böyük Britaniyanın müdafiə sənayesində yeni iş yerlərinin açılmasına töhfə verəcək.

Baş nazir vurğulayıb ki, bu addım Ukraynanın danışıqlara daha güclü mövqedən oturmasına kömək edəcək.

O qeyd edib ki, sammitdə razılaşdırılan dörd əsas addım aşağıdakılardır:

1. Ukraynaya hərbi yardım davam edəcək – Müharibə bitənə qədər Kiyevə dəstək göstəriləcək, eyni zamanda Rusiyaya qarşı iqtisadi təzyiqlər artırılacaq.

2. Ukraynanın suverenliyi təmin olunmalıdır – Hər hansı sülh razılaşması Kiyevin təhlükəsizliyini və suverenliyini qorumalı, Ukrayna müzakirələrin tamhüquqlu iştirakçısı olmalıdır.

3. Gələcəkdə mümkün işğalların qarşısı alınacaq – Avropa liderləri Rusiyanın Ukraynaya qarşı yeni hücumlarını əngəlləmək üçün tədbirlər görəcək.

4. "İstəkli dövlətlər koalisiyası" yaradılacaq – Ukraynanın müdafiəsi və sülhün təmin olunması üçün xüsusi beynəlxalq koalisiya formalaşdırılacaq.

Starmer Avropa ölkələrinin Ukraynaya real dəstək göstərməli olduğunu vurğulayıb:

"Avropa çətin işi görməlidir. Biz Avropanın bu məsələdə üzərinə düşəni edəcəyini təmin edəcəyik. Amma bu plan ABŞ-ın dəstəyinə ehtiyac duyur."

Baş nazir həmçinin ABŞ-ın etibarsız tərəfdaş olması ilə bağlı fikirləri rədd edərək bildirib ki, Böyük Britaniya və ABŞ dünyada bir-birinə ən yaxın iki ölkədir:

"Mən ABŞ-ın etibarsız müttəfiq olduğu fikri ilə razı deyiləm. Biz birlikdə çalışırıq və bu plan ABŞ-la əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Buna görə də dünən axşam Tramp ilə danışdım."

Beləliklə, Londondakı sammitdə Ukraynaya dəstəyin artırılması və uzunmüddətli sülhün təmin olunması üçün ciddi qərarlar qəbul edilib. Qarşıdakı aylarda bu planların necə həyata keçiriləcəyi dünya siyasətində mühüm rol oynayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Mart 2025 23:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri