Avropa Liqası: “Beşiktaş” doğma meydanda İspaniya klubunu məğlub edib AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 22 yanvar, AZƏRTAC
UEFA Avropa Liqasının əsas mərhələsinin VII turunda daha bir oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin “Beşiktaş” klubu doğma meydanda İspaniyanın “Atletik” komandasını qəbul edib. “Vodofon Park” stadionunda oynanılan görüş ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Milot Raşitsa (2 qol), Rafa Silva və Joa Mario vurublar.
Bu, Ule Qunnar Sulşerin “qara qartallar”ın sükanı arxasında ilk sınağı olub. Bu nəticədən sonra xallarını 9-a çatdıran İstanbul təmsilçisi 18-ci pilləyə yüksəlib. Bilbao klubu isə 16 xalla 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, VII turun açılış matçında Türkiyənin digər komandası “Qalatasaray” evdə Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə məhsuldar heç-heçə edib – 3:3. Bu raundun digər oyunları yanvarın 23-də keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 22 Yanvar 2025 21:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















