Avropa Liqası: “Qarabağ” “Lion oyununa satılan bilet sayı bəlli oldu
Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
UEFA Avropa Liqasının Liqa mərhələsinə keçiriləcək “Qarabağ” - “Lion" (Fransa) oyununa satılan bilet sayı bəlli olub.
Klubdan Sfera.az-a verilən məlumata görə, qarşılaşmanı izləmək istəyən 17500 azarkeş bilet alıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alan tərəfdarlar, VIP Lounge üstünlüklərindən yararlana bilərlər. Həmin sektorlara biletin qiyməti 300 manatdır.
Qeyd edək ki, noyabrın 28-də saat 21:45-də başlayacaq oyun üçün qapılar azarkeşlər üçün matçın start fitindən 2 saat əvvəl açılacaq.
Baxış sayı:42
Bu xəbər 25 Noyabr 2024 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















