Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Berlin, 11 iyun, AZƏRTAC
Avropa Mərkəzi Bankı 2023-cü ilin sentyabrından sonra ilk dəfə əsas faiz dərəcəsini artırıb.
AZƏRTAC xəbər verir ki, bankın rəhbər şurasının qərarına əsasən, faiz dərəcəsi 0,25 faiz bəndi qaldırılaraq 2,25 faizə çatdırılıb. Qərar analitiklərin gözləntiləri ilə üst-üstə düşüb.
Faiz artımı Körfəz regionundakı müharibə fonunda baş verən neft qiymətlərinin yüksəlməsi nəticəsində Avrozonada inflyasiya təzyiqlərinin artması ilə izah olunur. Avropa İttifaqının Statistika İdarəsinin - Avrostatın ilkin hesablamalarına görə, mayda inflyasiya 3,2 faiz təşkil edib ki, bu da bankın 2 faizlik hədəfindən xeyli yüksəkdir.
Eyni zamanda, Mərkəzi Bank Avrozonada iqtisadi artım proqnozunu da azaldıb. Yenilənmiş proqnoza əsasən, 2026-cı ildə orta iqtisadi artım 0,8 faiz təşkil edəcək. Mart ayında bu göstərici 0,9 faiz səviyyəsində qiymətləndirilirdi.
Qərar biznes dairələrində və həmkarlar ittifaqları təşkilatları tərəfindən tənqidlə qarşılanaraq, faiz artımının iqtisadiyyata əlavə təzyiq yaradacağından narahatlıq ifadə olunub.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 11 İyun 2026 19:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















