Icma.az
close
up
RU
Avropa missiyası iki il də Ermənistanda qalmaq istəyir ANALİTİK

Avropa missiyası iki il də Ermənistanda qalmaq istəyir ANALİTİK

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sülh sazişinin imzalanmasını ləngidən səbəblərindən biri də budur


Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ermənistanda yerləşdirilmiş Aİ-nin mülki missiyasının fəaliyyətinin daha iki il müddətinə uzadılmasını təklif edib. O deyib ki, üzv dövlətlər təklifi müsbət qarşılayıblar. Hazırda Avropa İttifaqı Şurasının müvafiq qurumları ilə zəruri hüquqi aktları müzakirə edirlər: "Missiyanın fəaliyyətinin uzadılması ilə bağlı qərarın yaxın günlərdə verilməsi gözlənilir". Rəsmi Bakı Ermənistan-Azərbaycan sərhədində yerləşdirilmiş missiyadan fəaliyyətini dayandırmağı tələb edib. Missiya ötən iki ildə sərhəddə Azərbaycana qarşı təxribatçı fəaliyyətlərlə yadda qalıb. Keçən il noyabrın 22-də Ermənistan baş naziri Nikol Paşinyan bu məsələnin Azərbaycanla müzakirə edildiyini və İrəvanın Bakıya müşahidəçiləri sərhəddən çıxarmaq üçün əks təklif irəli sürdüyünü açıqlayıb. Xatırladaq ki, Aİ missiyasının Ermənistandakı fəaliyyəti fevralda bitir. Müddətin artırılması üçün Aİ-ə üzv olan 27 dövlətin razılığı lazımdır. 



"Alsyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov "Sherg.az"a deyib ki, Azərbaycan Avropa İttifaqı missiyasının sərhədlərimizə yaxın yerdə yerləşməsini qəbul etmir və sülh sazişinə bu barədə müddəanın salınmasını tələb edir. Siyasi şərhçinin fikrincə, sülh sazişinin imzalanmasını ləngidən səbəblərindən biri də budur: 

"Hələlik Ermənistan bu təklifi qəbul etməyib. Avropa İttifaqının "mülki müşahidə" missiyasının Ermənistanda hansı səbəbdən daha iki il saxlamağa çalışdıqları hamıya aydındır. Casusluq fəaliyyəti hələ bitməyib. Həm İranı, həm də Azərbaycanı bundan sonra da "müşahidə" etməyə ehtiyac hiss edirlər. Qəribə odur ki, İran buna səsini çıxartmır. Hər şeyə çox həssas yanaşan, hər yerdə "kəşfiyyat mərkəzi" axtaran, Azərbaycanın az qala hər addımını etirazla qarşılayan İran nədənsə  bu məsələdə açıq şəkildə etiraz səsini ucaltmır. Digər tərəfdən son günlər İran mətbuatında guya Azərbaycanın Ermənistana "hücum edəcəyi" barədə böhtan xarakterli materiallar dərc olunur. Görünür, hələ bu cür cəfəngiyyata inananlar var. Son günlər bu cür iddiaların sayı kifayət qədər artıb. Ola bilsin, Ermənistan da bunu ciddi qəbul edir. Azərbaycana qarşı o qədər cinayətlər törədiblər ki, indi hər gün səksəkədə yaşayırlar". 


A.Səmədov əlavə edib ki, müşahidə missiyasının casusluqdan başqa bacardığı iş yoxdur: 

"Aİ missiyasının Ermənistana faydası olmayacaq. Sadəcə olaraq, dövlətlər arasında münasibətlərdə gərginlik yaradırlar. İrəvan dərk etməlidir ki, bu şəbəkənin öz ərazisindən çıxarılması ikitərəfli münasibətlərimizə müsbət təsir göstərəcək və Ermənistanın maraqlarına xidmət edəcək. Ancaq hələ ki, Ermənistan tərəfi bu, vacib addımı atmaqda tərəddüd edir. Ehtimal ki, "müşahidə missiyası"nın müddəti daha 1-2 il artırılacaq və bu, təbii ki, bölgədə gərginliyin azalmasına xidmət etməyəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Yanvar 2025 06:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see257

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see198

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see141

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see141

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see140

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri