Icma.az
close
up
RU
Avropa müharibə vəziyyətində olmasından narahatdır, ABŞ isə hələ bunun fərqinə varmayıb CNN

Avropa müharibə vəziyyətində olmasından narahatdır, ABŞ isə hələ bunun fərqinə varmayıb CNN

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa liderləri "dünyanın sonu”ndan danışır, lakin onların bəyanatları ABŞ-ın laqeyd münasibəti ilə ziddiyyət təşkil edir. Bu arada isə rus dronları, diversiyalar və kiberhücumlar NATO-nun real təhdidlərə qarşı hazırlığını sınağa çəkir.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN yazır.

"Biz müharibə vəziyyətində deyilik, amma artıq sülh də yoxdur” – Almaniya kansleri Fridrix Mers bu sözlərlə Avropanın düşdüyü yeni reallığı təsvir edib. Onilliklər boyu sabitlik içində yaşayan qitə indi yenidən qeyri-sabitliyin soyuğunu hiss edir – səmada rus pilotsuz uçuş aparatları peyda olur, dənizlərdə Moskvanın "kölgə donanması” üzür, kiberhücumlar və diversiyalar isə infrastrukturu iflic edir.

NATO-nun keçmiş baş katibi Corc Robertson xəbərdarlıq edib ki, Avropa yeni müharibə formasına hazır deyil.

"Biz boz zona hücumlarından ehtiyat etməliyik. Əgər işıqlar sönərsə, artıq çox gec olacaq”, – deyə o bildirib və hər ailənin fövqəladə vəziyyətlərə hazır olmasının vacibliyini xatırladıb.

Ekspertlərin "boz zona” adlandırdıqları anlayış sülh və müharibə arasında bir vəziyyəti ifadə edir – yəni aqressor rəsmi şəkildə müharibə elan etmədən, gizli şəkildə və ardıcıl olaraq sabitliyi pozur.

Dronlar, bağlanan aeroportlar və NATO-nun sınağı

Cəmi bir neçə həftə ərzində Polşa, Danimarka, Norveç, Almaniya və Estoniya üzərində onlarla hava məkanının pozulması hadisəsi qeydə alınıb. Kopenhagendəki beynəlxalq hava limanı iki dəfə dronlara görə bağlanıb – bu hücumlarda Rusiyadan şübhələnilib, NATO isə rus təyyarələrini qarşılayıb. Analitik Kirsten Fontenrouz deyib:

"Bu, sanki qazana salınan qurbağanın yavaş-yavaş qaynadılması kimidir. Rusiya temperaturu tədricən artırır, nə qədər irəli gedə biləcəyini yoxlayır”.

Vaşinqtondakı Strateji Araşdırmalar Mərkəzi xəbər verir ki, Rusiya köhnə tanker gəmilərindən gizli əməliyyatlar üçün istifadə edir – dənizaltı rabitə kabellərinin zədələnməsindən tutmuş enerji obyektlərinə diversiyalara qədər. Kreml isə NATO-nun narahatlığını "paranoya” adlandıraraq məsxərəyə qoyur.

Amerika öz "qabığında”

Avropa müdafiədən danışdığı bir vaxtda, ABŞ daxili böhranlarla məşğuldur. Prezident Donald Tramp rus dronlarının Polşaya daxil olmasını kənardan müşahidə edən kimi şərh edir.

Bu qeyri-müəyyənlik müttəfiqləri narahat edir. Avropa liderləri başa düşmürlər ki, real eskalasiya baş verərsə, Vaşinqtonun yardımına bel bağlaya biləcəklərmi.

Analitiklərin fikrincə, Moskva yalnız sabitliyi pozmaq deyil, həm də Fransa, Almaniya və digər ölkələrdə seçicilər arasında təşviş yaratmaq məqsədi güdür.

"Əsas odur ki, avropalılar müharibə təhlükəsini öz dərilərində hiss etsinlər”, – Rusiya rəsmisi Dmitri Medvedev açıq şəkildə deyib.

Avropa silahlanır, amma zaman azdır

Cavab olaraq NATO Şərq cinahında müdafiəni gücləndirir, Polşa Alyansın 4-cü maddəsini işə salır, Avropa ölkələri isə hərbi xərcləri ÜDM-in 3,5%-nə qədər artırmağı vəd edir. Ukraynalı mütəxəssislər artıq müttəfiqlərə rus dronlarına qarşı mübarizə taktikasını öyrədirlər.

Lakin bütün bunlara baxmayaraq, ekspertlər xəbərdarlıq edirlər ki, Avropa hələ də hibrid müharibəyə tam hazır deyil.

"Müdafiə təkcə ordudan ibarət deyil. Hər kəs fövqəladə vəziyyətdə nə etməli olduğunu bilməlidir”, – deyə Corc Robertson qeyd edib.

Qaynarinfo-nun məlumatına görə, NATO-nun hava məkanının patrul missiyaları, əvvəllər adi sayılan əməliyyatlar, indi getdikcə riskli qarşıdurmalara çevrilir. F-35, F-16, Gripen və Eurofighter Typhoon qırıcılarının pilotları daimi döyüş hazırlığında xidmət aparır, rus təyyarələrinin Alyans ölkələrinin səmasına provokativ daxilolmalarına reaksiya verirlər.

Qərb mediası yazır ki, son həftələr Avropa səmasında hiss olunmaz, amma təhlükəli bir destabilizasiya dalğası yayılır. Bəzən hava limanlarının üzərində dronlar görünür, bəzən "hava şarları” qəfil hava məkanını pozur, bəzən də Baltik dənizində müəmmalı gəmilər saxlanılır. Məsələn, "Pushpa” və "Boracay” adları ilə tanınan tanker əvvəllər Danimarkanın hərbi bazaları üzərində dron uçuşlarının qeydə alındığı ərazilərdə müşahidə edilib.

Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Oktyabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri