Icma.az
close
up
RU
Avropa NATO ya alternativ formalaşdırmaq istəyir

Avropa NATO ya alternativ formalaşdırmaq istəyir

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirməsinə mane olmağa çalışan hər kəsə qarşı cəza tarifləri tətbiq etmək hədəsi Avropa üçün son damla olub.

Reyting.az-ın “Politico” nəşrinə istinadla verdiyi məlumata görə, ABŞ-nın mövqeyində köklü dəyişiklik baş verməyəcəyi təqdirdə, bu proses qlobal güc balansını alt-üst edə biləcək şəkildə Qərbin əsaslı yenidən qurulması ilə nəticələnə bilər.

Avropa artıq öz təhlükəsizlik ittifaqını yaratmağa hazırlaşır və bu prosesdə Ukrayna mühüm rol oynaya bilər.

Nəşrin yazdığına görə, Böyük Britaniya və Norveç kimi Avropa İttifaqına üzv olmayan ölkələr də daxil olmaqla, bir sıra Avropa dövlətləri Trampın ikinci prezidentlik müddətinin böyük hissəsini Amerikanın iştirakı olmadan fəaliyyət göstərən təsirli bir platformada -“Könüllülərin koalisiyası” adlandırılan qeyri-rəsmi qrupda əməkdaşlığa sərf ediblər.

Bu çərçivədə 35 hökumətin milli təhlükəsizlik müşavirləri müntəzəm əlaqə saxlayır, tez-tez onlayn və üzbəüz görüşür, həmçinin qeyri-rəsmi mesajlaşma vasitələri ilə qarşılıqlı fikir mübadiləsi aparırlar. Onlar Trampın problemin əsas hissəsi kimi qiymətləndirildiyi bir beynəlxalq mühitdə çoxtərəfli həll yolları tapmağa öyrəşiblər.

Qrupun fəaliyyəti ilə yaxından tanış olan mənbələrin bildirdiyinə görə, bu dairələrdə qarşılıqlı etimad səviyyəsi kifayət qədər yüksəkdir. Bildirilir ki, Böyük Britaniyadan Kir Starmer, Fransadan Emmanuel Makron, Almaniyadan Fridrix Merz, Finlandiyadan Aleksandr Stubb, İtaliyadan Corcia Meloni və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen mütəmadi olaraq bir-birləri ilə yazışır və məsləhətləşirlər.

Qeyd olunur ki, son bir il ərzində liderlər yaxşı təşkil olunmuş mesajlaşma sistemi qurub və Trampın mümkün riskləri ilə bağlı davamlı müzakirələr aparırlar.

Bu qeyri-rəsmi platforma ötən ilin avqustunda Ukrayna prezidenti Vladimir Zelenski ilə birlikdə Ağ evi ziyarət edən Avropa liderlərinin adını daşıyaraq “Vaşinqton qrupu” kimi tanınır.

Bir diplomatın sözlərinə görə, “Könüllülərin koalisiyası” Ukrayna məsələsindən formalaşsa da, Avropa paytaxtlarındakı əsas siyasi fiqurlar arasında çox sıx əlaqələr yaradıb:

“Onlar qarşılıqlı etimad və birgə işləmək bacarığı qazanıblar. Bir-birlərini adları ilə tanıyırlar, əlaqə saxlamaq və mesaj göndərmək olduqca asandır”.

Məlumata görə, Zelenski də “Vaşinqton qrupu”nun liderləri ilə yazışmalarda fəal iştirak edir. Bu isə mühüm bir məqamı önə çıxarır:

“Ukrayna təmsil olunan ölkələr arasında ən hərbiləşdirilmiş dövlətdir. Onun böyük ordusu, yüksək texnologiyalı dron sənayesi və digərlərindən daha zəngin döyüş təcrübəsi var. Əgər Ukraynanın hərbi potensialı Fransa, Almaniya, Polşa və Böyük Britaniyanın imkanları ilə birləşdirilərsə, “Könüllülərin koalisiyası”nın potensial gücü - həm nüvə, həm də qeyri-nüvə dövlətlərini əhatə etməklə - son dərəcə böyük ola bilər”.

E. KAMAL


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://reyting.az
archiveBu xəbər 19 Yanvar 2026 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see379

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see364

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see323

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see290

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see282

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see229

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see228

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see224

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see204

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see204

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see192

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see190

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see189

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see184

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see184

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see175

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri