Icma.az
close
up
RU
Avropa nəhəngləri böhrandadır, Çin markaları isə... ARAŞDIRMA

Avropa nəhəngləri böhrandadır, Çin markaları isə... ARAŞDIRMA

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Mercedes" 70% mənfəətini itirib, "Volkswage"n 87 ildən sonra ilk dəfə Almaniyadakı zavodları dayandırır, "BYD" isə Macarıstanda ildə 150 min avtomobil istehsal edəcək zavod qurur.
Avtosfer.az xəbər verir ki, kapitulyasiya rəqəmlərində ciddi fərqlər var. Belə ki, “Mercedes-Benz” 2025-ci ilin ilk yarısında xalis mənfəətinin 56%-ni itirib. İkinci rübdə azalma 69% olub, ötən ilki 3,1 milyard avrodan 957 milyon avroya düşüb. Üçüncü rübdə isə əməliyyat mənfəəti 70% çöküb. “BMW”də də ciddi geriləmə olub. Xalis mənfəət 2,7 milyard avrodan 1,8 milyard avroya enərək üçdə bir azalıb. “Volkswagen” isə ilk rübdə mənfəətinin 40%-ni itirib. Ümumilikdə, 2024-cü il ərzində “alman üçlüyünün” mənfəəti 33-40,5% intervalında azalıb. “Stellantis” üçün vəziyyət daha ağırdır: 2024-cü ildə mənfəət 70% düşərək 5,5 milyard avroya enib. 2025-ci ilin ilk yarısında konsern artıq 2,3 milyard avro zərərə düşüb. 
Zavodların yüklənmə səviyyəsi cəmi 45%-dir, halbuki norma 75% sayılır. “Volkswagen” tarixində ilk dəfə, yəni 87 ildən sonra Almaniyada üç zavodu bağlayır. Şirkət 35 min işçini ixtisar etməyi planlaşdırır. “Audi2 elektrikli “Q8 e-tron”un istehsal edildiyi Brüssel zavodunu dayandırıb, 7,5 min iş yeri ixtisar edilib. “Bosch” isə 18,5 min işçi azaldır. Finlandiyanın “Mercedes-Benz”, “SAAB” və “Opel” yığan “Valmet Automotive” şirkəti isə yarım əsrdən sonra 2024-cü ilin dekabrında istehsalı tam dayandırıb. “AlixPartners” konsaltinq şirkəti Avropada daha 8 avtomobil zavodunun bağlanacağını proqnozlaşdırır. Orta yüklənmə səviyyəsi isə cəmi 55%-dir. Qeyd edək ki, zavodun yüklənməsi 75%-dən aşağı düşdükdə o, ziyanda sayılır.
Proqnozlara görə, 2030-cu ilə qədər Almaniya avtomobil sənayesində 100 minədək şəxs iş yerini itirə bilər. Çin isə irəliləyir. 2025-ci ildə Çin avtomobil markalarının Avropa bazarındakı payı təxminən 5%-dir. 2030-a qədər bu göstəricinin 10%-ə çatacağı gözlənilir. Avropa istehsalçıları Çin rəqabəti səbəbilə ildə 1-2 milyon satış itirəcəklər. “BYD” Macarıstanın Seqed şəhərində ildə 150 min avtomobil istehsal edəcək zavodun tikintisini başa çatdırır. Şirkətin planları Türkiyə və İtaliyada daha iki zavod açmaqdır. “BYD” 2028-ci ildən etibarən Avropa üçün nəzərdə tutulan bütün avtomobilləri məhz Avropa ərazisində istehsal etməyi hədəfləyir. “Chery” Barselonadakı keçmiş “Nissan” zavodunda “Ebro” və “Omoda” modellərini yığır. “Geely” “Smart” və “Polestar” üçün Macarıstan, Çexiya və Slovakiyada sahələr axtarır. “GAC” isə Brüsseldə Audi zavodunu almaq imkanını öyrənir. Beləliklə, altı ən iri Çin avtomobil istehsalçısı Avropada zavodlar tikməyə və ya satın almağa hazırlaşır.
Çin elektromobillərinin qiyməti Avropa modellərindən 30% ucuzdur. Almaniyada elektrik enerjisinin qiyməti 1 kVts 0,45 dollar, Çində isə cəmi 1 kVts 0,08 dollar təşkil edir. İstehsal xərcləri dəfələrlə aşağıdır. Çində elektromobillərin bazar payı 35%-dir, 2025-ci ilin sonuna 50% olması gözlənilir. Avropada elektrikli avtomobillərə keçid daha ləng gedir, istehsalçılar isə zərərli elektrik modellərini kompensasiya etmək üçün benzinli avtomobillərin qiymətlərini artırmağa məcburdur. Çin şirkətləri yalnız yeni müəssisələr qurmaqla kifayətlənmir, həm də Avropa avtomobil istehsalçılarının müflis olmuş zavodlarını satın alırlar. “Renault” daxili yanma mühərrikli avtomobillər istehsalı üçün “Geely” ilə birləşib.
“Nissan” isə Böyük Britaniyadakı “Sandelend” zavodunu Çinli “Dongfeng” modellərinə uyğunlaşdırır. 10 min işçisi olan iri bir zavodun bağlanması şirkətə 1,5 milyard avroya başa gəlir və həmkarlar ittifaqları ilə proses üç ilə qədər çəkir. Çin investorları üçün isə hazır zavodu almaq, iş yerlərini qorumaq və “xilaskar” imicini qazanmaq daha asandır.
Belə istehsal modeli şirkətlərə Çin idxalına tətbiq olunan 35,3%-dək AB gömrük rüsumundan yayınmağa imkan verir, Avropada yığılmış avtomobillər “avropalı” sayılır. ABŞ-nin, xüsusilə Trampın tətbiq etdiyi 27,5%-lik tariflər Avropa avtomobillərinə zərbə vurur. “Stellantis” 300 milyon avro itirib, Şimali Amerikada satışlar 25% azalıb. “Volkswagen” 1,3 milyard avro zərər yazıb. Alman avtomobil istehsalçıları ilin sonunda 10 milyard avrodan çox gəlirdən məhrum ola bilərlər. Avropa konsernləri yüksək qeyri-sabitlik fonunda maliyyə proqnozlarından imtina edirlər.
“Mercedes”, “Stellantis” və “Volvo” 2025-ci il üçün proqnoz verməkdən tamamilə imtina edib. Avropa avtomobil sənayesi sadəcə böhran keçirmir, texnoloji müstəqilliyini itirir və Çin markaları üçün yığım meydançasına çevrilmək riski ilə üzləşir./sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:294
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 12 Dekabr 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see357

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see346

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see337

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see324

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see317

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see309

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see299

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see291

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see287

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see257

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see241

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see237

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see228

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see225

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see220

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see205

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see196

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see194

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see189

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri