Icma.az
close
up
RU
Avropa nüvə planını AKTİVLƏŞDİRDİ Köhnə qitədə III Dünya Savaşına hazırlıqlar BAŞLAYIR

Avropa nüvə planını AKTİVLƏŞDİRDİ Köhnə qitədə III Dünya Savaşına hazırlıqlar BAŞLAYIR

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Fransa prezidenti Emmanuel Makron martın 5-də ölkə əhalisinə müraciətində bildirib ki, Rusiya Fransa və Avropa üçün ciddi təhlükəyə çevrilib. Bu əsasda da o, Aİ ölkələrini müdafiə etmək üçün Fransanın nüvə silahından istifadə məsələsilə bağlı diskussiyaya başlamağa çağırış edib.
O bildirib ki, bununla bağlı Parisdəki avropa ordularının bütün komandirlərilə görüşməyi planlayıb. Görünür burada məqsəd Rusiya ilə sərhəd ölkələrdə Fransanın nüvə başlıqlarını yerləşdirməkdir.
Makron deyib ki, nüvə təhdididin qarşısının alınması, mühüm əhəmiyyt kəsb edir:
“Bu siyasət bizim Avropadakı bütün müttəfiqlərimizə yayılmalıdır.
Makron həmçinin, müdafiə xərclərinin artırılması vacibliyini qeyd edib:
“Avropa özünü daha yaxşı müdafiə etmək gücündə olmalıdır. Biz silahlanmaya ciddi diqqət yetirməliyik.
Bundan əlavə, Avropa müdafiəyə əlavə 800 milyard avro ayıracaq.
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib ki, Avropa təhlükəsizlik sammiti qitə üçün dönüş nöqtəsində toplanıb və müdafiə qabiliyyətini artırmaq və Ukraynanı gücləndirmək üçün qərarlar qəbul etməlidir: 
 

"Fövqəladə dövrlər xüsusi tədbirlər tələb edir. Bu, Avropa və bizim Avropa ailəmizin bir hissəsi olan Ukrayna üçün dönüş nöqtəsidir. Avropa açıq-aşkar təhlükə ilə üz-üzədir. Buna görə də, Avropa özünü müdafiə edə bilməli, həmçinin Ukraynanın da müdafiəsini təmin edərək ədalətli və davamlı sülhü irəlilətməlidir".


O əlavə edib ki, Avropa güc yolu ilə sülhə nail olmaq istəyir və bu məqsədlə liderlərə "ReArm Europe” planını təqdim edəcək. Bu plan Avropanın müdafiəsinə 800 milyard avro həcmində investisiyalar yatırmağı nəzərdə tutur. 
“Köhnə qitə”də III Dünya Savaşına hazırlıq başlayıb?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, ABŞ Prezidenti Trampın atdığı son addımlar Aİ liderlərini ağır durumla üz-üzə qoyub:
“ABŞ-ın Prezidenti Trampın kəskin siyasi dəyişiklik etməsi, Ukraynaya münasibətdə Putinə daha yaxın mövqe tutması, bəzən hətta onun dediklərini təkrarlaması, Kiyevə hərbi yardımı dayandırması, kəşfiyyat məlumatlarını verməməsi, Avropadakı müttəfiqlərinə qarşı iqtisadi rüsumları artırması, həm Makronu, həm də onun Avropadakı digər həmkarlarını çox ağır duruma salıb. İndiyə qədər ABŞ-ın təhlükəsizlik çətiri altında olan Avropa hazırda vəziyyətdən çıxış yolu axtarır.
Onlar artıq özünə güvənmək məcburiyyətindədir. Ardıcıl görüşlər keçirsələr də, nəticəsiz başa çatır. Dünən də Aİ liderləri Brüsseldə toplaşdılar. Lakin növbəti dəfə Ukraynaya yardımla bağlı heç bir qərar verilmədi. Maraqlıdır ki, Ukraynaya yardımla bağlı qərara etiraz edən ölkələr sırasında Fransa və Almaniya öndə olub. İlk dəfədir ki, Zelenski heç bir bəyanat vermədən Brüsseli ümidsiz şəkildə tərk etdi”.
“Avropa özünü necə qoruyacağını düşünür”
Ekspert qeyd edir ki, Aİ ölkələri müdafiə xərclərini artırmaq niyyətini elan etsələr də, onun nə vaxt reallaşacağı və Avropanın özünü qorumasına xidmət edib-etməyəcəyi sual altındadır:
“Avropa liderləri müdafiə qüdrətini artırmaqla bağlı təkliflər verir. Əvvəl Böyük Britaniyanın Baş naziri Starmer elan etdi ki, 2027-ci ildə müdafiə xərclərini ümumdaxili məhsulun 2,5 faiz səviyyəsinə qaldlrmaq fikrindədir. Aİ ölkələri dünənki toplantıda müdafiə xərclərini ÜDM-nin 1,5 faizi həcmində artırmaq qərarını verdi.
 

Ancaq onun nə vaxt reallaşacağı, habelə Avropanın özünü qorumaq səviyyəsinə çatacağı da ciddi suallar doğurur. Çünki Aİ liderləri adətən əvvəl müəyyən bəyanatlar verir, yalnız sonra onun real olub-olmadığı barədə düşünürlər. Onu da nəzərə alaq ki, Avropanın qabaqcıl ölkələri iqtisadi cəhətdən ciddi problemlərlə üzləşiblər. Trampın atdığı addımlar da öz növbəsində onların vəziyyətini çətinləşdirib”.


Bu səbəbdən politoloq hesab edir ki, Avropa əslində III Dünya Savaşına hazırlaşmır. Özünü nə cür qoruyacağı barədə düşünür, yollar axtarır və hələlik ümidverici nəticəyə gəlməyib:
“Ukrayna müharibəsi və Trampın qələbəsi Avropanın mahiyyətini, durumunu, təhlükəsizliyinin hansı səviyyədə olduğunu açıq şəkildə göstərdi. Gördülər ki, vəziyyət yaxşı deyil. Ona görə də çıxış yolları arayırlar. Onu da anlayırlar ki, ABŞ olmadan bu qeyri-mümkündür”.
Rüfət Sultan, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 Mart 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri