Avropa ölkələri ABŞ dan ciddi dərəcədə asılıdır Vitse prezident Vens
Icma.az, Azpost portalına istinadən məlumat yayır.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Avropa ölkələrinin Birləşmiş Ştatlara münasibətdə tutduğu mövqedə ikili yanaşmaya diqqət çəkib.
Onun sözlərinə görə, Avropa ölkələri texnologiya, biznes və müdafiə sahələrində ABŞ-dan ciddi dərəcədə asılıdır. Lakin bu asılılıq Avropa dövlətlərinin siyasi rəhbərliyinə Vaşinqtonu mütəmadi olaraq tənqid etməyə mane olmur.
“Avropa ölkələri Amerika texnologiyalarından, biznesindən və hərbi qüvvələrindən asılıdır”, – deyə Vens jurnalistlərə bildirib.
O qeyd edib ki, bu vəziyyət xüsusilə İlon Maska məxsus şirkətlərin fəaliyyətinin tənzimlənməsi məsələsində aydın görünür.
Amerikalı siyasətçi paradoksal hesab edir ki, Maskın hazırladığı texnologiyalar səviyyəsində öz imkanlarına malik olmayan Avropa ölkələri, demək olar ki, yekdilliklə SpaceX şirkəti ilə bürokratik qarşıdurmaya başlayıblar. Daha sonra isə ehtiyac duyduqları xidmətlər üçün həmin şirkətə müraciət ediblər.
“Bunu bir qədər ironik hesab edirəm”, – deyə vitse-prezident Avropa liderlərinin tənqidi mövqeyi ilə onların Amerika texnologiyalarından faktiki asılılığı arasındakı ziddiyyəti şərh edərkən vurğulayıb.
Post navigationPrevious: “Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 22 Oktyabr 2026 20:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















