Icma.az
close
up
RU
Avropa ölkələrinin əksəriyyəti Britaniyanın Aİ yə qayıtmasını dəstəkləyir

Avropa ölkələrinin əksəriyyəti Britaniyanın Aİ yə qayıtmasını dəstəkləyir

Icma.az, Azertag saytına istinadən bildirir.

London, 14 iyul, AZƏRTAC

Britaniyanın Avropa İttifaqını tərk etməsindən on il sonra keçirilən yeni sorğu Fransa, Almaniya, İtaliya və İspaniyada əhalinin əksəriyyətinin Böyük Britaniyanın yenidən Aİ-yə qoşulmasını dəstəklədiyini göstərib.

AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, “YouGov” təşkilatının altı Qərbi Avropa ölkəsində keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin əksəriyyəti bunun əvvəlki şərtlərlə deyil, yeni razılaşma əsasında baş verməsini istəyir.

Sorğunun nəticələri Britaniyanın Baş naziri Kir Starmerin Fransa Prezidenti Emmanuel Makronu Londonda qəbul etməsindən bir neçə gün sonra açıqlanıb. Bu, “Brexit”dən sonra Aİ liderinin Britaniyaya etdiyi ilk dövlət səfəri olub. Kir Starmer Britaniyanın Avropa İttifaqı ilə münasibətlərini gələcək nəsillərin rifahı naminə bərpa etmək istədiyini bildirib.

Sorğunun nəticələrinə əsasən, Fransa, Almaniya, İtaliya və İspaniyada respondentlərin azı 50 faizi Britaniyanın yenidən Aİ-yə qəbul edilməsini dəstəkləyir. Bu göstərici İtaliyada 51 faiz, Almaniyada isə 63 faiz təşkil edib. Respondentlərə Britaniyanın Aİ-yə əvvəlki şərtlərlə, yəni, Şengen zonasına qoşulmadan və milli valyutanı saxlamaqla qayıtmasına dair sual verildikdə dəstək əhəmiyyətli dərəcədə azalıb. Dörd ölkədə orta hesabla yalnız beş nəfərdən biri bu fikri dəstəkləyib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyul 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri