Icma.az
close
up
RU
Avropa Oyunları: güləş və gimnastika qayıdır proqramda hansı növlər olacaq?

Avropa Oyunları: güləş və gimnastika qayıdır proqramda hansı növlər olacaq?

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Avropa Olimpiya Komitələri (EOC) 2027-ci il Avropa Oyunlarının İstanbulda keçirilməsi ilə bağlı müqavilə imzaladıqdan sonra multiforumun proqramına dair müzakirələr başlayıb. Rəsmi təsdiqlənməsinə hələ aylar qalsa da, 2023-cü ildə Krakovda keçirilən Oyunlarla müqayisədə növlər siyahısında ciddi dəyişikliklərin olacağını əminliklə söyləmək mümkündür.

İdman.biz xəbər verir ki, artıq razılaşdırılan ilkin siyahıda 21 idman növü yer alıb.

Onların arasında əvvəlki multiforumda kənarda qalan güləş və gimnastika da var. Əvvəllər Avropa Oyunlarında olmayan ağır atletikanın da siyahıda yer alması diqqəti çəkir.

İlkin yarış proqramına həmçinin cüdo, taekvondo, boks, atıcılıq, karate, atletika, qılıncoynatma, badminton, kamandan oxatma, voleybol, 3x3 basketbol, ​​triatlon, müasir beşnövçülük, üzgüçülük, avarçəkmə və stolüstü tennis daxildir. İki alternativ idman növü də var: sahilyanı avarçəkmə və yelkən idmanı.

Amma əslində növlər daha çox olacaq. Məsələn, Bakıda və Minskdə keçirilən Avropa Oyunlarının gimnastika proqramına bədii və idman gimnastikasından tutmuş batutla tullanma, akrobatika və aerobikaya kimi bütün növlər daxil idi.

Yəqin ki, Avropa Oyunlarında bir sıra idman növlərində, boksda olduğu kimi, qarşıdan gələn Olimpiadaya lisenziyalar veriləcək. Bəzi növlərdə, o cümlədən cüdoda idmançılar Los-Ancelesə getmək üçün təsnifat xalları qazanacaqlar. Amma bu barədə daha sonra, Yay Oyunlarının idman növləri üzrə seçim sistemi məlum olanda ətraflı danışa bilərik.

EOC rəhbəri Spiros Kapralosun qeyd etdiyi kimi, təşkilatçılar Avropa Oyunları ərəfəsində yeni arenalar tikməyi planlaşdırmırlar: “Türkiyənin sanballı tədbirlərin təşkili ilə bağlı zəngin tarixi var. İstanbul Avropanın ən yaxşı idmançılarını qəbul etməyə hazırdır. İnfrastruktur var və yeni daimi obyektlər tikilməyəcək ki, bu da Oyunları iqtisadi cəhətdən sərfəli və dayanıqlı edəcək. Belə bir model keçən dəfə Polşada da tətbiq olunub”.

İstanbul Bələdiyyəsinin başçısı Ekrem İmamoğlu isə qarşıdan gələn multiforumla bağlı gözləntilərini bölüşüb: “Başa düşürük ki, 2027-ci il Avropa Oyunları həm şəhərimizin tarixində, həm də Avropanın idman tarixində mühüm mərhələ olacaq. Bu Oyunlar vasitəsilə regionumuzun və Avropanın idman haqqında düşüncə tərzini dəyişməyi hədəfləyirik. İstanbul bütün qitədəki idmançılar üçün ruhlandırıcı arena rolunu oynayır. 2027-ci ildə biz bu platformanı Avropa Oyunları ilə yüksəldəcəyik”.

Belə ki, Avropa Oyunlarının ilkin proqramı artıq formalaşıb. İlin sonunda isə o, son şəklini alacaq və bundan sonra bu mövzuya daha ətraflı qayıtmaq mümkün olacaq.

Zəki Feyzullayev
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 11 Mart 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri