Avropa özünün ən güclü raketini buraxıb VİDEO
Azvision saytına istinadən Icma.az xəbər verir.
AzVision.az xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, missiya “Starlink” sistemi ilə rəqabət aparmaq üçün hazırlanmış qlobal peyk şəbəkəsini yerləşdirmək üçün bir sıra buraxılışların başlanğıcıdır.
Raketin buraxılışı yerli vaxtla təxminən 13:45-də Fransız Qvianasındakı kosmodromdan baş tutub. Başlanğıc barədə Bloomberg məlumat yayıb.
“Ariane 6” raketinin uğurlu buraxılışını elan edən Fransa prezidenti Emmanuel Makron bunu müasir Avropa kosmos proqramı tarixindəki ən güclü buraxılış adlandırıb.
- “Amazon”, sizin bağlamanız çatdırıldı. Raketin göyərtəsində Amerika şirkətinin peyklər qrupu üçün 32 peyk var. Avropanın belə genişmiqyaslı buraxılış üçün seçilməsi Avropa kosmik sənayesinin imkanlarının tanınması idi. Bu, Fransa nailiyyəti və Avropa uğurudur. Layihədə çalışan komandaları təbrik edirəm”, - Makron “X” sosial şəbəkəsində yazıb.
“Ariane 6” proqramı Avropa Kosmik Agentliyinin (ESA) üzvü olan 13 ölkə tərəfindən dəstəklənir. Mərkəzi hissə Fransanın Le-Myuro şəhərində, yuxarı pillə isə Almaniyanın Bremen şəhərində yığılır.
Bu buraxılış Avropanın 3200-dən çox peykdən ibarət şəbəkənin buraxılması çərçivəsində “Amazon” üçün həyata keçirəcəyi 18 müqaviləli missiyadan birincisidir. Layihəyə İlon Maskın kosmik biznesi ilə rəqabət artırmaq istəyən şirkətin təsisçisi Jeff Bezos şəxsən nəzarət edir.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Raketin buraxılışı yerli vaxtla təxminən 13:45-də Fransız Qvianasındakı kosmodromdan baş tutub. Başlanğıc barədə Bloomberg məlumat yayıb.
“Ariane 6” raketinin uğurlu buraxılışını elan edən Fransa prezidenti Emmanuel Makron bunu müasir Avropa kosmos proqramı tarixindəki ən güclü buraxılış adlandırıb.
- “Amazon”, sizin bağlamanız çatdırıldı. Raketin göyərtəsində Amerika şirkətinin peyklər qrupu üçün 32 peyk var. Avropanın belə genişmiqyaslı buraxılış üçün seçilməsi Avropa kosmik sənayesinin imkanlarının tanınması idi. Bu, Fransa nailiyyəti və Avropa uğurudur. Layihədə çalışan komandaları təbrik edirəm”, - Makron “X” sosial şəbəkəsində yazıb.
“Ariane 6” proqramı Avropa Kosmik Agentliyinin (ESA) üzvü olan 13 ölkə tərəfindən dəstəklənir. Mərkəzi hissə Fransanın Le-Myuro şəhərində, yuxarı pillə isə Almaniyanın Bremen şəhərində yığılır.
Bu buraxılış Avropanın 3200-dən çox peykdən ibarət şəbəkənin buraxılması çərçivəsində “Amazon” üçün həyata keçirəcəyi 18 müqaviləli missiyadan birincisidir. Layihəyə İlon Maskın kosmik biznesi ilə rəqabət artırmaq istəyən şirkətin təsisçisi Jeff Bezos şəxsən nəzarət edir.
Sahil İsgəndərov
AzVision.az
Bu mövzuda digər xəbərlər:Tramp özünün “Tramp Victory” adlı ətirini buraxıb
01 İyul 2025 07:20
“Bibi” özünün ən böyük düşmənidir”
14 Avqust 2026 18:52
Quql özünün ən güclü süni intellekt çipini təqdim etdi
07 Noyabr 2025 01:49
Ukrayna özünün hava hücumundan müdafiə raketini sınaqdan keçirib
10 İyun 2026 15:16
“Apple” özünün ən bahalı kompüterini yeniləməyəcək
17 Noyabr 2025 12:17
Baxış sayı:84
Bu xəbər 13 Fevral 2026 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















