Icma.az
close
up
RU
“Avropa Parlamenti daxilində yanaşmalar dəyişməli, daha konstruktiv mövqe sərgilənməlidir”

“Avropa Parlamenti daxilində yanaşmalar dəyişməli, daha konstruktiv mövqe sərgilənməlidir”

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli Məclis tərəfindən Avropa Parlamenti ilə əlaqələrin bütün istiqamətlər üzrə dayandırılması barədə qəbul olunmuş qərar uzun müddət yığılan narazılıqların nəticəsidir. Son illər Avropa Parlamenti çərçivəsində Azərbaycana qarşı qəbul edilən qətnamələrdə obyektivliyin pozulması, ölkəmizin suverenliyi və daxili işləri ilə bağlı məsələlərə selektiv yanaşma ən iyrənc formada özünü göstərir.

Təəssüf ki, bəzi hallarda sapı özümüzdən olan, antimilli ünsürlər də bu prosesdə alət kimi istifadə olunur. Avropa Parlamentinin ölkəmizə qarşı qəbul etdiyi qərəzli qətnamələri dəstəkləmək vətənə xəyanətdir və bu iyrənc yolu tutanların hansı aqibəti yaşadıqları məlumdur. Şəxsi ambisiyalarının əsirinə çevrilən bu antimilli ünsürlər  xarici dairələrin ölkəmizə qarşı hazırladıqları planları icra etməklə öz simasızlıqlarını ifşa etmiş olurlar. Bu cür təxribatlar dövlətimizin güclənməsinə yönəltsə də heç bir nəticə vermir. 
Azərbaycan hər zaman ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasət yeridib. Təəssüf ki, ərazi bütövlüyü və suverenliyimizin bərpasından sonra ölkəmizə qarşı aqressiya daha da şiddətlənib. Azərbaycan hər zaman bərabərhüquqlu tərəfdaşlıq modelinə üstünlük verir və bundan sonra da bu prinsip dəyişməz olaraq qalacaq.
Rəsmi Bakı açıq şəkildə bildirir ki, münasibətlərdə ikili standartlar və qərəzli yanaşmalar qəbul edilə bilməz. Beynəlxalq təşkilatlar yalnız qarşılıqlı hörmət və obyektivlik əsasında əməkdaşlığa üstünlük verməlidir. Avropa Parlamenti daxilində yanaşmalar dəyişməli, daha konstruktiv mövqe sərgilənməlidir. Avropa İttifaqına edilən çağırışlar da məhz bu istiqamətdə – regionda sülh və normallaşma prosesinə dəstək vermək, birtərəfli addımlardan çəkinmək məqsədi daşıyır. Qərəzli yanaşmalar regionda normallaşma prosesinə, eləcə də Azərbaycanla İttifaq arasında münasibətlərin perspektivlərinə mənfi təsir edir.
Milli Məclisin qərarı müstəqil və prinsipial xarici siyasət kursunun davamıdır. Bu addım ölkəmizin beynəlxalq mövqelərini daha da möhkəmləndirəcək.

Könül Nurullayeva,

Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://adalet.az
archiveBu xəbər 02 May 2026 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri