Avropa Parlamenti ilə bağlı mövqeyinə görə Əliyevi nümunə göstərdi
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Slovakiya Baş naziri Robert Fitso ötən gün Rusiyaya səfərindən qayıdarkən cari ayda Moskvaya, İrəvana və Bavariyaya səfərlərinin yekunlarına dair xüsusi hökumət təyyarəsindən yaydığı videoda ölkəmiz, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyev haqqında danışıb.
Gununsesi.info xəbər verir ki, bu zaman o, Azərbaycan dövlət başçısının Avropa Parlamenti ilə bağlı mövqeyini qeyd edərək bildirib:
“Yeri gəlmişkən, İrəvanda bu dəfə Azərbaycan Prezidentindən ölkə əleyhinə qəbul edilən müxtəlif bəyannamə və qətnamələrə görə Avropa Parlamentini sərt tənqid edən suveren xarici siyasət nümunəsinin şahidi oldum. Prezident Əliyev Avropa Parlamentinin yalan yaymaqdan, başqalarının işinə qarışmaqdansa, ilk növbədə Avropanın problemləri ilə məşğul olmalı olduğunu bildirərkən həqiqəti söylədi – bizim isə belə problemlərimiz kifayət qədər çoxdur.
Mən də Slovakiyadan Avropa Parlamentinə eyni mesajı göndərirəm, xüsusilə onların son “şedevr” qərarı ilə bağlı — hansı ki, Avropa Komissiyasına Slovakiya üçün Avropa fondlarının dayandırılmasını tövsiyə etmişdi”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 10 May 2026 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















