Icma.az
close
up
RU
Avropa Parlamenti sülhə zərbə vurmaqla məşğuldur

Avropa Parlamenti sülhə zərbə vurmaqla məşğuldur

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin mayın 4-5-də Ermənistanda keçirilmiş sammitində videobağlantı formatında çıxışı zamanı Qərb dairələrində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına iradlar bildirib.

 Avropa Parlamentindən bəhs edən Azərbaycan Prezidenti qeyd edib ki, bu struktur sülh prosesini dəstəkləmək əvəzinə, əksinə, onu sarsıtmaqla məşğuldur.

Belə ki, İkinci Qarabağ müharibəsindən sonra - 2021-ci ilin mayından 2026-cı ilin 30 aprel tarixinədək Avropa Parlamenti Azərbaycanla bağlı qeyri-mötəbər məlumatlarla dolu 14 qətnamə qəbul edib.

Bu qətnamələrin hər biri isə bəzi dairələrin sifarişi, qərəzli, birtərəfli və qeyri-obyektiv yanaşmaya əsaslanır.

Qeyd edək ki, Avropa Parlamenti aprelin 30-da Azərbaycan ərazilərinin işğalında və kütləvi qırğınların təşkilində iştirak etdiyinə görə hazırda Bakıda həbsdə saxlanılan hərbi cinayətkarları azadlığa buraxmağı, həmçinin 2023-cü ildə könüllü şəkildə Ermənistana köçmüş erməniəsilli insanları Qarabağa qaytarmağı nəzərdə tutan qətnamə qəbul edib. 

Halbuki Azərbaycan Avropa İttifaqının üzvü olmadığına görə, Avropa Parlamentinin belə bir tələb irəli sürmək hüququ yoxdur. Bu cür qətnamələr yalnız Azərbaycanla Avropa İttifaqının münasibətlərinə zərbə vurmaqdan başqa heç bir nəticəyə səbəb ola bilməz.

Azərbaycana qarşı aparılan bu siyasi diskriminasiya sülh prosesinin ləngiməsində mühüm rol oynayıb. 2020-ci ildə 44 günlük müharibədən dərhal sonra Azərbaycan Ermənistana sülh sazişinin imzalanmasını, kommunikasiyaların açılmasını və regional əməkdaşlıq təklif edib.

Lakin Prezident İlham Əliyevin qeyd etdiyi dövr ərzində erməni diasporundan rüşvət alan lobbi qruplarının Avropa Parlamentində Azərbaycan əleyhinə apardığı kampaniya Ermənistanla gərginliyin bərpasına, sülhün reallaşmasına mane olmağa xidmət edib.

Erməniləi, separatçıları Qarabağa qaytarmağa çağıran Avropa Parlamenti nədənsə, öz evlərindən deportasiya edilmiş 300 min Qərbi azərbaycanlının hüququları məsələsinə göz yumur.

Ermənistanın Baş naziri Qarabağ hərəkatına son qoyulmalı olduğunu bəyan etdiyi, bu prosesin sülhə zərbə vurduğunu dediyi halda avropalı qanunvericilər Azərbaycanda erməni separatizmini bərpa etməyə, hərbi caniləri azadlığa buraxdırmaq niyyətini ortaya qoyur.

Bu səbəbdən, Prezident İlham Əliyevin Avropa Parlamentinin Azərbaycanla Ermənistan arasında yenidən düşmənçilik yaratmaq səylərini ifşa etməsi  sülhü sabotaj edənlərə qarşı ciddi diplomatik addım kimi qiymətləndirilməlidir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

 

Açar sözlər:  Avropa Parlamenti İlham Əliyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 May 2026 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri