Icma.az
close
up
RU
Avropa Parlamentində Gürcüstan hakimiyyətinə sərt tənqidlər geri addım atmağa çağırılıb

Avropa Parlamentində Gürcüstan hakimiyyətinə sərt tənqidlər geri addım atmağa çağırılıb

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa Parlamentində Gürcüstanda siyasi vəziyyət, müxalifət partiyalarının fəaliyyətinin məhdudlaşdırılması və ölkənin Avropaya inteqrasiya perspektivləri ilə bağlı müzakirələr keçirilib.

Gununsesi.info  xəbər verir ki, müzakirələr zamanı Avropa İttifaqının nümayəndələri və bir sıra avropalı deputatlar Gürcüstan hakimiyyətinin son addımlarını sərt tənqid edib, “Gürcü Arzusu”nu demokratik geriləməyə son qoymağa və siyasi qüvvələrlə dialoqa çağırıblar. Ətraf mühit məsələləri üzrə Avropa komissarı Cessika Rozvell bildirib ki, Aİ “Gürcü Arzusu”nu zərərli addımlarını geri götürməyə, demokratik olmayan qanunlara dəyişiklik etməyə və qanunsuz həbs edilən müxalifət nümayəndələrini azad etməyə çağırır. Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti bütün siyasi qüvvələrlə real dialoqa başlamalı və cəmiyyətdə etimadın bərpasına çalışmalıdır. Rozvell vurğulayıb ki, Aİ Gürcüstanla qarşılıqlı hörmətə əsaslanan konstruktiv dialoqa hazırdır. Avropa komissarı qeyd edib ki, “Gürcü Arzusu”nun hakimiyyəti dövründə ölkənin demokratik normalardan və xalqın seçdiyi Avropa yolundan uzaqlaşması müşahidə olunur. Onun sözlərinə görə, dövlət institutlarına, fundamental hüquqlara, siyasi plüralizmə və qanunun aliliyinə qarşı sistemli təzyiq mövcuddur. Avropa Parlamentinin Xarici İşlər Komitəsinin sədri David Makallister isə müxalifət partiyalarının qadağan edilməsi təşəbbüsünü Gürcüstanın avtoritarizmə doğru atdığı növbəti addım kimi qiymətləndirib. Makallister bildirib ki, bütün əsas müxalifət partiyalarının qadağan edilməsinə cəhd ölkədə siyasi plüralizm üçün ciddi təhlükə yaradır. O, həmçinin Gürcüstanda xarici maliyyələşməyə tətbiq edilən yeni məhdudiyyətlərin və beynəlxalq təşkilatların fəaliyyətinə təsirin narahatlıq doğurduğunu qeyd edib. Avropa Parlamentinin deputatı Malqoja­ta Qoşevska isə daha sərt mövqe sərgiləyərək, Gürcüstandakı vəziyyətə görə “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvilini ittiham edib. Onun sözlərinə görə, İvanişvili dövlət institutlarını və məhkəmə sistemini öz nəzarətinə götürüb, müxalifəti təqib edir və ölkəni “rus tipli diktaturaya” doğru aparır. Qoşevska beynəlxalq ictimaiyyəti yalnız tənqidlə kifayətlənməməyə və İvanişviliyə, eləcə də onun aktivlərinə qarşı koordinasiyalı tədbirlər görməyə çağırıb. O, həmçinin sabiq prezident Mixeil Saakaşvilinin və digər siyasi məhbusların azad edilməsini tələb edib.

Bununla yanaşı, Avropa Parlamentində Gürcüstan hökumətinin mövqeyini müdafiə edən fikirlər də səsləndirilib. Almaniyanın “Almaniya üçün Alternativ” partiyasının avropalı deputatı Tomaş Frolix Aİ-nin Gürcüstana münasibətini “ikili standart” kimi qiymətləndirib. O, Avropanın Gürcüstanda müxalifət partiyalarının qadağan edilməsi ehtimalından narahat olduğu halda, Almaniyada öz partiyasının qadağan edilməsi məsələsinin müzakirə olunmasına diqqət çəkib. Frolix həmçinin Ukraynada bir sıra siyasi partiyaların qadağan edilməsinə münasibətdə Aİ-nin eyni mövqeni sərgiləmədiyini bildirib. Deputatın sözlərinə görə, Gürcüstan iqtisadi inkişaf baxımından müsbət göstəricilərə malikdir və ölkənin Aİ ilə qarşıdurması Avropanın maraqlarına uyğun deyil. O, Gürcüstanın regiondakı mürəkkəb geosiyasi mövqeyinin də nəzərə alınmasının vacibliyini vurğulayıb.

Beləliklə, Avropa Parlamentində Gürcüstanla bağlı keçirilən müzakirələrdə Aİ ilə Tbilisi arasında münasibətlərdə yaranmış fikir ayrılıqları bir daha açıq şəkildə ortaya çıxıb. Bir qrup deputat Gürcüstan hakimiyyətini demokratik standartlara qayıtmağa və siyasi dialoqa çağırarkən, digər tərəfdən bəzi deputatlar Avropanın Tbilisiyə qarşı yanaşmasını tənqid edərək Gürcüstanın müstəqil siyasi kursuna hörmət edilməsinin vacibliyini vurğulayıblar.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Oktyabr 2026 21:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see300

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see300

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see279

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see275

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see264

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see261

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see253

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see240

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see236

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see234

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see234

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see232

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see218

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see217

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see213

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see208

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see208

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see200

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri