Icma.az
close
up
RU
Avropa Parlamentində HİCAB qalmaqalı

Avropa Parlamentində HİCAB qalmaqalı

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Politico” nəşri Avropa İttifaqı institutlarında hicabın qadağan edilməsi təşəbbüsünə dair məqalə dərc edib. 
Bizim.Media həmin materialın tərcüməsini təqdim edirik:
Avropa Parlamentinin bütün üzvlərinə göndərilən elektron məktuba görə, deputatlardan biri qanunverici orqanda çalışan şəxslər üçün hicab və digər islam baş örtüklərinin qadağan olunması kampaniyasına başlayıb.
İsveç Demokratlarının “Avropa Konservatorları və İslahatçıları” (ECR) qrupundakı nümayəndə heyətinin rəhbəri Çarli Vaymers həmkarlarını “hicab, niqab və digər islam baş örtüklərinin Avropa İttifaqı institutlarında çalışan dövlət qulluqçuları, eləcə də müqavilə ilə xidmət göstərən şəxslər üçün qadağan olunması”na dair petisiyanı imzalamağa çağırıb.
Məktuba əsasən, imzalar toplandıqdan sonra Vaymers 3 oktyabr, cümə günü Avropa Parlamentinin sədri Roberta Metsolaya müraciət göndərəcək.
Vaymersin məktubunda deyilir:
“Baş örtüyünə qadağa Avropa İttifaqında dövlət xidmətinin qərəzsizliyini, bərabərliyini və universallığını gücləndirəcək, hazırda islam təzyiqi altında yaşayan bütün qadınların hüquq və imkanlarının genişləndirilməsinə güclü dəstək mesajı göndərəcək və Avropa Parlamentini üzv dövlətlər, vətəndaş cəmiyyəti və digər beynəlxalq təşkilatlar üçün neytral nümunəyə çevirəcək. Praktiki baxımdan isə baş və boyunu örtən geyim yoxlama və identifikasiyanı çətinləşdirir”.
Lakin digər Avropa deputatları bu ideyadan narazıdır.
“Bu təklifdən başqa bir şey deyil, islamofob hiylədir, – deyə “Solçular” partiyasının həmsədri Martin Şirdevan bildirib. – Avropalıların real problemləri – artan bərabərsizlik, iqlim dəyişikliyi, mənzil çatışmazlığı və əmək hüquqlarının pozulması ilə mübarizə aparmaq əvəzinə, sağçı siyasətçilər qorxu və nifaq yaratmaq üçün müsəlman qadın geyimlərinə hücum edirlər”.
“Proqressiv Sosialistlər və Demokratlar Alyansı” fraksiyasının deputatı Xana Cəllul Muro isə bu təklifi “şokedici” adlandırıb. O, məktubu “nifrət, seksizm və islamofobiya ilə dolu hücum” kimi dəyərləndirib:
“Avropa institutlarında inanc azadlığına qəsd etmək utancvericidir. Biz burada nümunə göstərməliyik – bu isə Avropa dəyərləri deyil”.

Qeyd olunur ki, İsveç Demokratları öz ölkələrində də islam əleyhinə təşviqat aparır, yeni məscidlərin tikintisinə qadağa qoyulmasını və mövcud olanların sökülməsini tələb ediblər.
 

Fransa, Niderland və Avstriya kimi bəzi Aİ ölkələri əvvəllər ictimai binalarda üzü örtən geyimlərə qadağa tətbiq ediblər. Lakin yalnız başı örtən hicabın qadağan edilməsi hələ də bir çox dövlətlərdə mübahisəli məsələ olaraq qalır.


“Hazırda bu fərdi təşəbbüsdür, amma mən geniş dəstək gözləyirəm”, – Vaymers Politico-ya bildirib.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Oktyabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri