Avropa Parlamentinin deputatı İrəvanda Ermənistan hakimiyyətini tənqid edib
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Avropa Parlamentinin deputatı Naço Sançes Amor Ermənistanda hakimiyyətin müxalifətə qarşı başlatdığı cinayət işlərini tənqid edib.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, o, Avronest Parlament Assambleyasının İrəvanda keçirilən iclasında bu məsələyə toxunub.
İspaniyanı təmsil edən deputat bildirib ki, Avropa İttifaqına üzv olmağa iddialı bir ölkədə insanların sosial şəbəkə yazıları səbəbindən təqib olunması və həbs edilməsi qəbuledilməzdir.
Hakimiyyəti təmsil edən deputat Sarqis Xandanyan Sançes Amorun sözlərinə cavab olaraq Rusiyanı ittiham edərək “Ermənistana yardım etmək üçün insanları göndərmək və ölkəyə təsir göstərmək cəhdləri”ndən danışıb.
Bu mövzuda digər xəbərlər:Ermənistan parlamentinin deputatı istefa verib
25 Avqust 2025 15:41
Avropa Parlamentinin deputatı Aİ liderlərini sərt tənqid edib
16 Fevral 2025 22:11
Ermənistan parlamentinin deputatı yol qəzasında ÖLDÜ
13 Yanvar 2025 20:44
Ermənistan parlamentinin spikeri deputatı suçlayan bəyanat verib
05 Dekabr 2024 17:04
Avropa Parlamentinin qətnaməsi sanki Ermənistan parlamentində hazırlanıb
04 Noyabr 2024 19:08
Baxış sayı:81
Bu xəbər 28 Oktyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















