Icma.az
close
up
RU
Avropa Parlamentinin deputatları yalvarırdılar Komitə sədri

Avropa Parlamentinin deputatları yalvarırdılar Komitə sədri

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropa Parlamentinin deputatları, mən bu sözdən çəkinmirəm, xahiş yox, yalvarırdılar. Onlar deyirdilər: "Bəli, biz səhv etmişik. Bəli, biz nə edək? Biz lobbinin təsiri altındayıq, ancaq biz bundan sonra bunu etməyəcəyik”. Hətta rəsmi sənəd belə təqdim etdilər, altından imza çəkdilər. Mən bunun şahidiyəm ki, dedilər ki, bir də belə şeylər etməyəcəyik".


Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında  Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti müzakirəsi zamanı Beynəlxalq münasibətlər və parlamentlərarası məsələr komitəsinin sədr Səməd Seyidov deyib.


Deputat bildirib ki, Avropa Parlamenti artıq neçənci dəfədir ki, Azərbaycana qarşı qərəzli bəyanat qəbul edir:
“Azərbaycan Parlamenti bütün əlaqələri bu qurumla kəsmişdir. Ancaq yenə də Azərbaycanın geniş ürəkli cənab prezidentin Avropa istiqamətində inteqrasiya proseslərinin nə dərəcədə vacib olduğunu nəzərə alaraq konstruktiv və humanist addım atmışdır. Avropa Parlamentindən dərhal o qərardan sonra emissarlar Azərbaycana gəlməyə başlamışdır”.


Komitə sədri bildirib ki, buna baxmayaraq Azərbaycan əleyhinə Avropa Parlamenti 13 qətnamə qəbul edib:
“Burada həmkarlarım çox gözəl və çox düzgün qeyd etdilər. Niyə? Nəyə görə? Hər bir uğur Avropa Parlamentindən bir qətnamə ilə müşayiət olunur. Bilirsiniz, bir neçə gündən sonra Ermənistanda Avropa liderlərinin sammiti başlayacaq. Ancaq etiraf etmək lazımdır ki, bu sammit artıq başlayıb. Ancaq o İrəvanda yox, Qəbələ şəhərindədir. Avropanın bütün siyasi liderləri öncə Azərbaycana gəlirlər. Azərbaycan Respublikasının Prezidenti ilə məsləhət təşkil edir. Azərbaycan Respublikasının Prezidentinin gördüyü işləri dünyaya təqdim edirlər və Azərbaycanın Avropa üçün nə dərəcədə əhəmiyyətli olmasını bir də vurğulayırlar. Səbəb budur ki, Azərbaycan artıq Avropanın özü üçün həddindən artıq vacib, əhəmiyyətli həm enerji, həm logistik, həm təhlükəsizlik nöqteyi-nəzərdən ölkəyə çevrilmişdir. Ona görə də növbəti bir hiyləgər addım. Əvvəllər bunlar Azərbaycana qarşı qətnamə qəbul edəndə birbaşa Azərbaycan məsələsini gündəmə gətirirdilər və getdikcə səs verənlərin sayı azalırdı. Bunlar gördülər ki, belə getsə, özləri özlərini ifşa edəcəklər. Ona görə ki, 720 deputatdan bəzi qətnamələrə 47 nəfər, 30 nəfər, 35 nəfər səs verirdilər. Gördülər ki, bu yol mümkün olan bir yol deyil”.


Səməd Seyidovun sözlərinə görə, Azərbayacan qarşı qətnamələr bu dəfə Ermənistan müstəqlliyinə təhdid istiqamətində qəbul edilir:
“İndi bu qətnamədə Azərbaycana aid olan məsələlər başqa bir qətnaməyə daxil olunub. Zahit müəllim burada qeyd etdi. Ermənistanla bağlı qətnaməyə daxil olunub. Elə hiyləgərcəsinə daxil oldu ki, heç bir aidiyyatı olmayan bir məsələdir. Siz Ermənistan haqqında söhbət edirsiniz, siz Ermənistanın məsələsini müdafiə etmək istəyirsiniz. Sizin Azərbaycanda işiniz niyə bu şəkildədir? Ona görə hesab edirəm ki, Azərbaycan Parlamentinin qəbul edəcəyi bəyanat həddindən artıq vacib və əhəmiyyətlidir. Biz müstəqil, güclü, suveren bir dövlətik. Biz Avropa Birliyinin üzvü deyilik. Biz o təşkilatın qarşısında heç bir öhdəlik götürməmişik. Qarşılıqlı hörmət əsasında əlaqələrimizi qurmağa həmişə hazırıq. Ancaq bu şəkildə yox. Qəbul olunacaq qətnamə Azərbaycan mövqeyini əks etdirəcək” – o vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 May 2026 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri