Icma.az
close
up
RU
Avropa ravvinləri konfrans yeri kimi niyə Bakını seçdilər...

Avropa ravvinləri konfrans yeri kimi niyə Bakını seçdilər...

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Noyabrın 4-6-da Bakıda Avropa ravvinlərinin nümayəndəli konfransı keçiriləcək. Konfransda müxtəlif ölkələrdən 500-dən çox nümayəndənin iştirakı gözlənilir. Avropa Ravinlər Konfransının 70 illiyinə həsr olunmuş tədbir ilk dəfə müsəlman ölkəsində keçiriləcək. Konfransda Azərbaycanın mümkün iştirakı ilə "İbrahim sazişləri"nin genişləndirilməsi müzakirə olunacaq. Azərbaycan Prezidenti İlham Əliyevin də tədbirdə iştirakı gözlənilir.

Azərbaycanda Yəhudi Media Mərkəzinin direktoru Nəsimi Əbilov Modern.az-a bildirib ki, Bakıda keçiriləcək əvvəlki konfrans HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumu səbəbindən ləğv edilib:

“Dünyada bir neçə ravvin təşkilatı var. Onlar hər il  ABŞ-də, Ukraynada, digər ölkələrdə toplaşırlar. Bu ilin noyabrında da Azərbaycanda toplanacaqlar”.

N.Əbilov toplantı üçün Bakının seçilməsinin təsadüfi olmadığını, bunun təhlükəsizlik mühiti ilə əlaqəli olduğunu vurğulayıb:

“Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi sahəsində tanınan ölkədir. Əvvəlki illərə baxsaq, görərik ki, dünyanın ən mötəbər yarışları, forumları, iqlim konfransları və digər bu kimi böyük tədbirlərin keçirilməsində Azərbaycan peşəkarlığa malikdir. Bu baxımdan Avropa Ravvinlər Konfransının Azərbaycanda keçirilməsi təbii haldır. Bu gün dünyaya baxdıqda istənilən tədbirin Azərbaycanda keçirilməsi təhlükəsizlik baxımdan qarantlıdır. Azərbaycan elə bir ölkədir ki, istənilən tədbir burada təhlükəsiz şəraitdə baş tutur. İstənilən tədbirin keçirilməsi üçün Azərbaycanda hər cür şərait var. Ravvinlərin Azərbaycanda toplaşması onu göstərir ki, bu ölkənin tək İsraillə yox, dünyadakı bütün dini, siyasi təşkilatları ilə münasibətləri var. Avropa yəhudilərinin tədbirlərini Azərbaycanda keçirməsi bunun əyani təzahürüdür”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Sentyabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri