Icma.az
close
up
RU
Avropa rəsmiləri Zelenski ilə Trampın görüşünü qiymətləndirdilər: Fəlakət

Avropa rəsmiləri Zelenski ilə Trampın görüşünü qiymətləndirdilər: Fəlakət

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Fəlakət. Avropa rəsmiləri Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski ilə Donald Tramp arasında Ağ Evdə baş tutan görüşü məhz belə qiymətləndiriblər".

Oxu.Az-ın məlumatına görə, bu barədə "Bloomberg"də dərc olunan məqalədə qeyd edilib.

Bildirilir ki, bu görüş sanki bir realiti-şounun canlı efirinə çevrilib - yüksək səslə danışıqlar və qəzəbli mübahisələr yaşanıb.

Məqalənin qısa məzmununu diqqətinizə çatdırırıq:

"Tramp sosial media hesabında Zelenskiyə "sülhə hazır olduqda geri qayıtmasını" yazdıqdan sonra şok effekti daha da artıb. Daha sonra Trampın müttəfiqləri bildiriblər ki, Zelenski hakimiyyətdə olduğu müddətcə müharibəni dayandırmaq üçün razılaşma əldə etmək ehtimalı çox azdır.

"Biz ya bu müharibəni bitirəcəyik, ya da onun sona qədər döyüşməsinə imkan verəcəyik. Amma əgər o, döyüşməyə davam edərsə, bu, çox da xoş olmayacaq, çünki bizsiz o, qələbə qazana bilməz", - deyə Tramp cümə günü axşam Ağ Evi tərk edərkən jurnalistlərə bildirib.

Bu qarşıdurma nəticəsində Ukrayna üçillik Rusiya müdaxiləsi dövründə əsas müttəfiqi və silah tədarükçüsü olan ABŞ ilə açıq qarşıdurma vəziyyətinə düşüb. Avropa ölkələri isə şoka düşüblər - onlar həftələrlə Trampı Putinin şərtləri əsasında tez bir sülh sazişi imzalamamağa inandırmağa çalışırdılar.

"Bu gün aydın oldu ki, azad dünya yeni liderə ehtiyac duyur. Biz, avropalılar bu çağırışı qəbul etməliyik", - deyə Avropa İttifaqının baş diplomatı Kaya Kallas bildirib.

Artıq Trampın tələblərini yerinə yetirməyə, Ukraynanın müharibəsini daha çox öz üzərlərinə götürməyə və Rusiyaya qarşı müdafiəni gücləndirməyə çalışan Avropa liderlərini indi daha sərt bir seçim gözləyir: Ya öz imkanları ilə Kiyevin hərbi səylərinə dəstək verməyə davam etməli, ya da Trampın şərtlərini qəbul etməlidirlər - bu isə bəlkə də, Zelenskinin siyasi gələcəyi bahasına başa gələ bilər.

"Sülh sazişi bağlamaq istəməyən bir liderlə iqtisadi razılıq əldə etmək çox çətindir", - deyə ABŞ maliyyə naziri Skott Bessent bildirib. Qeyd edək ki, Bessent Oval kabinetdə baş verən qarşıdurma zamanı ön sırada divanda əyləşmişdi.

"Avropa ölkələri indi yaranan böhranı aradan qaldırmağa çalışacaqlar, ancaq belə görünür, Tramp Ukraynanı "satmağa" qərar verib", - deyə adının açıqlanmamasını istəyən Avropa rəsmisi bəyan edib.

Görüşün ertəsi günü Böyük Britaniyanın Baş naziri Kir Starmer Tramp və Zelenski ilə telefon danışığı apararaq gərginliyi azaltmağa çalışıb. Avropa liderləri açıq şəkildə Zelenskiyə dəstək verməyə davam ediblər.

"ABŞ, Avropa dövlətləri və müttəfiqlər arasında təcili sammit keçirmək lazımdır ki, bu gün qarşımızda dayanan böyük çağırışlar, o cümlədən Ukraynadakı vəziyyətlə bağlı açıq danışaq", - deyə İtaliyanın Baş naziri Corciya Meloni bəyan edib.

Bu cümə günü baş tutan görüş əvvəlcədən nəzərdə tutulduğu kimi, iki lider arasında əvvəlki gərginliyi aradan qaldırmaq və Ukraynanı ABŞ ilə daha sıx iqtisadi əlaqəyə bağlamaq məqsədi daşıyırdı. Lakin Trampın Zelenskinin "Putinə güvənmək olmaz" fikrinə qarşı çıxması və senator Vensin onu "nankorluqda" ittiham etməsi ABŞ prezidentini qəzəbləndirib.

"Münasibət dəyişməlidir", - deyə Tramp yüksək səslə bildirib.

"Gəlin sizə bir şey deyim: sizin heç bir "kartınız" yoxdur. Siz üçüncü dünya müharibəsi ilə qumar oynayırsınız və etdikləriniz ABŞ-yə qarşı böyük hörmətsizlikdir", - deyə o əlavə edib.

Daha sonra Zelenski "X" sosial şəbəkəsində ABŞ-yə təşəkkürünü ifadə etsə də, vəziyyət artıq kifayət qədər gərginləşib.

"Prezident Zelenski bu görüşü tamamilə uğursuz keçirdi. Onun məqsədi bu böhranı mümkün qədər tez bitirmək və real məsələlərə keçmək olmalı idi", - deyə keçmiş NATO-nun keçmiş səfiri Kurt Volker bildirib.

Görüşdən bir neçə saat sonra Zelenski heç bir təəssüf hissi göstərməyib.

"Biz sülh istəyirik. Amma biz öz dəyərlərimizi, xalqımızı və azadlığımızı itirə bilmərik", - deyə o, "Fox News"a müsahibəsində bildirib və Trampla münasibətləri xilas edə biləcəyinə əminliyini ifadə edib.

Tramp düşərgəsindəki bəzi şəxslər Zelenskiyə qarşı olan şübhələrinin təsdiqləndiyini düşünürlər. Bir mənbə bildirib ki, Zelenski Bayden administrasiyası dövründə ABŞ-nin müharibəni sonsuz şəkildə maliyyələşdirəcəyinə öyrəşib.

"Zelenski ilə artıq hesab bağlanıb", - deyə həmin adam iddia edib.

Lakin Tramp administrasiyasına yaxın olan digər bir mənbənin fikrincə, sülh sazişi üçün indiyə qədər çoxlu resurs xərcləndiyindən indi geri addım atmaq mümkün deyil. Ona görə də ABŞ indi Kiyevə qarşı təzyiqi daha da artıracaq və mümkün qədər Zelenski ilə birbaşa təmaslardan çəkinəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Mart 2025 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri