Avropa Rusiya qazından imtina etdi FOTO
Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avropa İttifaqı Şurası 2027-ci il yanvarın 1-dən etibarən Rusiya mayeləşdirilmiş təbii qazının (LNG) AB-yə, 2027-ci il sentyabrın 30-dan isə boru kəməri qazının idxalına tam qadağa qoyub. Bu barədə Şuranın rəsmi açıqlamasında bildirilib.
Sənəddə deyilir: "Bundan sonra Rusiya boru kəməri qazının və LNG-nin AB-yə idxalı qadağan olunacaq. Rusiya LNG tədarükünə tam qadağa 2027-ci ilin əvvəlindən, boru kəməri qazına isə 2027-ci il sentyabrın 30-dan qüvvəyə minəcək."
2021-ci ildən bəri AB-yə boru kəməri qazının tədarükü on dəfə azaldılıb və onların tamamilə dayandırılması artıq boru kəmərinin hər iki tərəfindəki bazar iştirakçılarına əhəmiyyətli təsir göstərməyəcək. Qazprom üçün Avropa bazarının qalan həcminin, hətta premium həcminin itirilməsi artıq kritik zərbə olmayacaq - şirkət Rusiya və Asiyadakı digər layihələrə diqqət yetirib.
Avropa İttifaqı da öz növbəsində artıq uyğunlaşıb və Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılmasından sonra 2022-2023-cü illərdə tədarükdə kəskin azalma müşahidə olunub. 2025-ci ildə isə tədarük daha 15 milyard kubmetr azalıb.
İlham
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 26 Yanvar 2026 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















