Icma.az
close
up
RU
Avropa Siyasi Birliyi və Azərbaycan

Avropa Siyasi Birliyi və Azərbaycan

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Yüksək beynəlxalq nüfuza, müsbət reputasiyaya malik olan, dünyada böyük etimad qazanan müstəqil Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz praqmatik və çoxvektorlu xarici siyasət kursu ilə regional və qlobal təhlükəsizliyə fundamental töhfələr verir, beynəlxalq miqyasda əməkdaşlığın dərinləşməsində və inteqrasiyanın intensiv xarakter daşımasında mühüm rol oynayır.

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu güclənir, xarici dövlətlərlə münasibətlər əməkdaşlıq və səmimi dostluq prinsipləri əsasında qurulur. Azərbaycanın əməkdaşlıq etdiyi və dostluq prinsiplərinə uyğun olaraq əlaqəsi olan ölkələrdən biri də Albaniyadır.

Qeyd edək ki, Avropa Siyasi Birliyinin sammiti artıq sadəcə diplomatik görüş yeri deyil, Avropanın təhlükəsizlik arxitekturasını yenidən qurmağa yönəlmiş geosiyasi laboratoriya rolunu oynayır. Bu baxımdan Azərbaycanın bu tədbirdə iştirakı və bu proseslərdə aktiv mövqeyi mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Prezidenti İlham Əliyevin Tiranada keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısına qatılması sadəcə bir diplomatik protokol hadisəsi deyil. Bu, Bakı ilə Avropa siyasi elitası arasında daha dərin, strateji xarakter daşıyan münasibətlərin yeni mərhələyə keçidinin real göstəricisidir. Zirvədə iştirak bir daha sübut edir ki, Azərbaycan artıq təkcə enerji xəritəsinin deyil, geosiyasi dialoqların da ayrılmaz hissəsinə çevrilib.
Builki Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak ediblər.
Tədbirdə innovasiya, enerji və sənaye davamlılığına keçid yolu ilə rəqabətqabiliyyətli və iqtisadi təhlükəsizlik, miqrasiya, Avropanın yeni dünya kontekstində lider mövqe tutması kimi mövzular müzakirə olunub.

“Avropa Siyasi Birliyi” təhlükəsizlik, iqtisadi sabitlik və demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi və iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.

Qeyd edək ki, Azərbaycan Avropa Siyasi Birliyi çərçivəsində ilk dəfə 2022-ci ilin oktyabrında Çexiyanın paytaxtı Praqada keçirilmiş sammitdə iştirak etmişdi. İlk dəfə keçirilən "Avropa siyasi birliyi" Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirmişdi. Toplantı ərzində liderlər müxtəlif fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini müzakirə etmişlər. Həmin sammitdə Prezident İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Fransa Prezidenti E.Makronun iştirakı ilə qeyri-rəsmi görüş olmuşdu. Nəticə etibarilə, sözügedən sammit Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və regional sabitliyin təmin olunması baxımından heç bir əhəmiyyət daşımadı. Elə ona görə də Azərbaycan Ermənistanla birbaşa danışıqlar xəttini irəli sürdü.

Bu il Albaniyanın paytaxtı Tiranada keçirilən "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında diqqətçəkən bir görüş baş tutub. Bu görüş yalnız siyasi baxımdan deyil, həm də psixoloji baxımdan böyük maraq doğurur. Görüşdə çəkilmiş fotodan görünür ki, tərəflər diplomatik protokol qaydaları çərçivəsində və qarşılıqlı hörmət və təmkin nümayiş etdirirlər, heç bir aqressiv davranış yoxdur.

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sammit çərçivəsində Tiranada Avropa Ittifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü olub. Görüş zamanı Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu vurğulandı. Bununla yanaşı, ölkəmizin regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu oynadığı da məmnunluqla qeyd edildi.

Tiranada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Albaniya Respublikasının Baş naziri Edi Rama arasında işçi nahar əsnasında görüş olub. Söhbət zamanı Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin xüsusilə enerji sahəsində inkişafından, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib. Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub, biz bunu çox yüksək qiymətləndiririk. Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Azərbaycan uğurlu daxili və xarici siyasət aparmaqla, bu gün beynəlxalq nüfuzunu gücləndirmiş ən güclü dövlətlərin sırasındadır.

Beləliklə, bəhs olunan görüşlər, irəliyə doğru atılan addımlar Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi-diplomatik müstəvidə möhkəmləndirildiyini göstərir. Azərbaycan liderinin Tirana sammitində iştirakı bir daha sübut edir ki, ölkəmiz artıq təkcə regional deyil, həm də qlobal güc mərkəzlərinin strateji tərəfdaşıdır. Ölkəmiz strateji hədəflərinə doğru addımlayır və regionda Azərbaycanın liderliyi ilə yeni geosiyasi nizam yaranır.

Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 May 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri