Icma.az
close
up
RU
Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu Nə baş verir?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu Nə baş verir?

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sentyabrın 6-da Almaniyanın Saksoniya-Anhalt Federal Torpağında keçirilən seçkilərin nəticəsi təkcə ölkə üçün deyil, həm də Avropa üçün şok oldu.

Axar.az xəbər verir ki, seçkilərdə sağçı-populist Almaniya üçün Alternativ (AfD) partiyası 43.8 faiz səslə qalib gələrək, Landtaqda 39 yer əldə etdi. Onların ən yaxın izləyiciləri olan Xrisrian-Demokratlar (CDU) 17.2 faiz, Sosial-Demokrat Partiyası (SDP) 9.3, Yaşıllar 8.9, Solçular 8.6 faiz səs əldə ediblər.

AfD bu seçkidə qalib gəlsə də, 83 mandatlı Landtaqda mütləq çoxluq əldə etməsi üçün 42 yeri əldə edə bilməyib.

Partiyanın sosial bazası əsasən ölkənin şərq torpaqlarındadır. AfD-nin son qalibiyyətini elan etdiyi Saksoniya-Anhalt vilayəti birləşməyə qədər Almaniya Demokratik Respublikasının (ADR) tərkibində olub və digər şərq vilayətləri kimi kifayət qədər rusiyameyilli baxışları ilə məşhurdur.

Partiyanın özü də NATO, Avropa Birliyi, ölkənin miqrasiya siyasətinə qarşıdır və antiislam mövqelidir. Bununla yanaşı, Rusiya üzərindən sanksiyların götürülməsi, Ukrayna üçün yardımların kəsilməsinin tərəfdarıdır.

Partiyanın lideri Alis Yelizaveta Vaydel siyasətə 2013-cü ildə qoşulub. Britaniyanın keçmiş baş naziri Marqaret Tetçeri nümunə götürən Vaydel vergilərin, bürokratiyanın azaldılması və nüvə enerjisinin bərpasını müdafiə edir.

Şəxsi həyatı isə siyasi mövqeyi ilə bir qədər təzadlıdır.

LGBT və miqrantlara qarşı sərt mövqeyi ilə tanınan Vaydel əslən Şri Lankadan olan Sara Bossel adlı xanımla vətəndaş nikahında yaşayır. LGBT cütlüklərinin övladlığa uşaq götürməsinə qarşı olan Vaydel-Bossel cütlüyü övladlığa iki uşaq götürüb. Və bunu heç kimdən də gizlətmir.

AfD-nin son bir neçə ildə yüksəlməsi, xüsusilə son Bundestaq seçkilərində 152 yer əldə etməsi Almaniya cəmiyyətində, xüsusilə Qərb torpaqlarında ciddi narahatlıq yaradıb.

Ən böyük narahatlıq isə partiyanın ifrat sağçı olmasıdır və bu da nasizmin yenidən qayıdacağı qorxusunu yaradıb.

Miqrantlara, xüsusən müsəlman mənşəli alman vətəndaşlarına qarşı ayrı-seçkilik və aşağılayıcı ifadələr, partiyanın bəzi üzvlərinin antidemokratik bəyanatları, sağ qruplarla əlaqələr, remiqrasiya (kütləvi deportasiya) tələbləri, demokratik institutlara qarşı şübhə, media və siyasi rəqiblərə qarşı sərt ritorika, Rusiya ilə daha yaxın münasibətlər və AB-yə qarşı skeptik mövqe bu narahatlıqları daha da gücləndirir.

Hətta 2021-ci ildən Federal Konstitusiyanı Müdafiə İdarəsi AfD-ni bütün ölkə üzrə “Verdachtsfall” (ekstremizm şübhəsi) kimi təsnif edib.

AfD-nin Saksoniya-Anhalt seçkisindəki qələbəsindən sonra Almaniyanın bir çox böyük şəhərlərində, o cümlədən Berlin, Hamburq, Frankfurt, Münhen, Ştutqartda etiraz nümayişləri keçirilir.

Berlinin Brandenburq qapısı önündə 15 minə yaxın insan “Demokratiyanı müdafiə et – AfD-ni qadağan et” şüarları ilə etiraz aksiyaları keçirib.

Hazırda Almaniyanın həmkarlar ittifaqları, ekoloji hərəkatlar, sol partiyalar və vətəndaş cəmiyyəti qrupları AfD-yə qarşı birləşib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://axar.az
archiveBu xəbər 08 Sentyabr 2026 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see338

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see334

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see274

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see269

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see266

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see264

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see260

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see259

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see245

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see214

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri