Avropa süni intellektin inkişafına əlavə 50 milyard avro ayıracaq
Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müəllif - Eldar Kərimov/Banco.az
Avropa süni intellektin inkişafına əlavə 50 milyard avro ayıracaq
Investing.com – Avropa Komissiyası süni intellekt (AI) sahəsində regionun imkanlarını gücləndirmək üçün əlavə 50 milyard avro (51,6 milyard dollar) investisiya etməyi planlaşdırır. Bu barədə Komissiyanın prezidenti Ursula fon der Lyayen çərşənbə axşamı Parisdə keçirilən Süni İntellekt Sammitində bəyan edib.
Bu əlavə maliyyələşdirmə artıq 150 milyard avro məbləğində vəsait almış Avropa Süni İntellekt Çempionları Təşəbbüsünü tamamlayacaq. Bu proqram müxtəlif təchizatçılar, investorlar və sənaye nümayəndələri tərəfindən maliyyələşdirilir.
Əlavə investisiyalar nəzərə alınmaqla Avropada süni intellekt sahəsinə ümumi yatırımlar 200 milyard avroya çatacaq.
Fon der Lyayen bildirib ki, bu vəsaitlər əsasən sənaye və strateji əhəmiyyətli texnologiyalara yönəldiləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 13 Fevral 2025 23:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















