Icma.az
close
up
RU
Avropa Şurası ilə institusional dialoqun tarixi və bu günü ŞƏRH

Avropa Şurası ilə institusional dialoqun tarixi və bu günü ŞƏRH

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropa Şurası qitədə insan hüquqlarının müdafiəsi, demokratiyanın möhkəmləndirilməsi və qanunun aliliyinin təşviqi istiqamətində fəaliyyət göstərən aparıcı beynəlxalq təşkilatlardan biridir. Təşkilat 1949-cu ildə yaradılmış və hazırda 46 üzv dövləti birləşdirir. Qərargahı Fransanın Strasburq şəhərində yerləşən Avropa Şurasının rəsmi dilləri ingilis və fransız dilləridir.

Avropa Şurasının əsas məqsədləri insan hüquqlarının müdafiəsi, plüralist demokratiyanın inkişafı və qanunun aliliyinin təmin olunmasıdır. Eyni zamanda təşkilat Avropanın mədəni müxtəlifliyinin qorunması və inkişaf etdirilməsi, ksenofobiya və dözümsüzlüyə qarşı mübarizə, azlıqların hüquqlarının müdafiəsi, terrorizm, insan alveri, mütəşəkkil cinayətkarlıq, korrupsiya, kiber cinayətkarlıq və uşaqlara qarşı zorakılıq kimi problemlərə qarşı ümumi yanaşmaların formalaşdırılması istiqamətində fəaliyyət göstərir. Bununla yanaşı, Avropa Şurası üzv dövlətlərdə qanunvericilik və konstitusiya islahatlarının dəstəklənməsi vasitəsilə demokratik sabitliyin möhkəmləndirilməsinə töhfə verir.

Təşkilatın əsas qərarverici orqanı Nazirlər Komitəsi hesab olunur. Bu orqan üzv dövlətlərin xarici işlər nazirlərindən və ya onların Strasburqdakı daimi nümayəndələrindən ibarətdir. Avropa Şurasının Baş katibi isə beş il müddətinə Avropa Şurası Parlament Assambleyası tərəfindən seçilir və təşkilatın strateji planlaşdırılması, fəaliyyət proqramlarının həyata keçirilməsi və büdcə məsələlərinin koordinasiyasına rəhbərlik edir.

Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin əsası 1992-ci ildə qoyulmuşdur. Həmin il 24 yanvar tarixində Azərbaycan Respublikasının Parlamenti Avropa Şurasına “xüsusi dəvət edilmiş qonaq” statusu almaq məqsədilə müraciət etmişdir.

1995-ci ilin fevralında Avropa Şurası Parlament Assambleyasının Bürosu Azərbaycanın bu statusu əldə etməsi ilə bağlı müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. Ardınca, 17–18 mart 1996-cı il tarixlərində keçirilən iclasda Azərbaycan Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasına (Venesiya Komissiyası) üzv qəbul olunmuşdur.

1996-cı ilin iyun ayında Avropa Şurası Parlament Assambleyasının Bürosu ölkəmizdə demokratik dövlət quruculuğu istiqamətində aparılan islahatları nəzərə alaraq Azərbaycana “xüsusi dəvət olunmuş qonaq” statusu vermişdir. Həmin ilin 11 sentyabrında isə Avropa Şurası Nazirlər Komitəsi tərəfindən Azərbaycanın təşkilata inteqrasiyası prosesinin sürətləndirilməsi və əməkdaşlıq proqramları vasitəsilə dəstəyin göstərilməsi barədə qətnamə qəbul edilmişdir.

Azərbaycan Respublikasının Avropa Şurasına inteqrasiyasının dərinləşdirilməsi məqsədilə 20 yanvar 1998-ci ildə ölkə Prezidenti tərəfindən “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycanın Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında” sərəncam imzalanmışdır.

Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzvlüyü istiqamətində mühüm mərhələ 2000-ci ilin iyununda baş vermişdir. Avropa Şurası Parlament Assambleyasının sessiyasında keçirilən səsvermə zamanı iştirak edən deputatların böyük əksəriyyəti Azərbaycanın təşkilata qəbul edilməsinə müsbət rəy vermişdir.

Nəticədə 17 yanvar 2001-ci ildə Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanın təşkilata tamhüquqlu üzv qəbul olunması barədə qərar qəbul etmişdir.

Bundan sonra Azərbaycan Avropa insan hüquqları sisteminə inteqrasiya istiqamətində mühüm addımlar atmışdır. Belə ki, 15 aprel 2002-ci ildə Azərbaycan Respublikası Avropa İnsan Hüquqları Konvensiyasını və onun protokollarını ratifikasiya etmişdir. Bu tarixdən etibarən Azərbaycanın yurisdiksiyası altında olan şəxslərin Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququ təmin olunmuşdur.

Azərbaycan Avropa Şurasının fəaliyyətində fəal iştirak edir və müxtəlif dövrlərdə təşkilatın işinə töhfələr vermişdir. Xüsusilə 2014-cü ilin may–noyabr aylarında Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə aşağıdakı istiqamətlər prioritet kimi müəyyən edilmişdir:

• korrupsiyaya qarşı mübarizə və qanunun aliliyinin gücləndirilməsi;

• mədəni müxtəlifliyə əsaslanan cəmiyyətlərdə qarşılıqlı hörmət və anlaşmanın təşviqi;

• sosial həmrəyliyin və həssas qrupların hüquqlarının müdafiəsinin gücləndirilməsi;

• gənclərin insan hüquqları və demokratik vətəndaşlıq sahəsində maarifləndirilməsi.

Bu prioritetlər çərçivəsində müxtəlif beynəlxalq tədbirlər və əməkdaşlıq layihələri həyata keçirilmişdir.

Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın əsas mexanizmlərindən biri Fəaliyyət Planlarıdır.

• 2014–2016-cı illər Fəaliyyət Planı müxtəlif sahələr üzrə bir sıra institusional islahatların həyata keçirilməsinə dəstək vermişdir.

• 2018–2021-ci illəri əhatə edən Fəaliyyət Planı məhkəmə sistemi, korrupsiyaya qarşı mübarizə və insan hüquqları sahəsində islahatların davam etdirilməsinə töhfə vermişdir.

• 2022–2025-ci illər üçün Fəaliyyət Planı isə 2022-ci ilin fevralında qəbul olunmuş və həmin ilin aprel ayında Bakıda rəsmi şəkildə təqdim edilmişdir.

Bu sənəd ədliyyə və məhkəmə sisteminin təkmilləşdirilməsi, korrupsiya ilə mübarizə, insan hüquqlarının təşviqi ilə yanaşı, gender bərabərliyi, uşaq hüquqları, gənclərin inkişafı və sosial hüquqlar kimi yeni istiqamətləri də əhatə edir.

Avropa Şurası və Avropa İttifaqı tərəfindən həyata keçirilən “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” (PGG) proqramı Azərbaycan üçün mühüm regional əməkdaşlıq platformasıdır.

Bu proqram çərçivəsində:

• məhkəmə sisteminin səmərəliliyinin artırılması,

• korrupsiya və iqtisadi cinayətkarlıqla mübarizə,

• kibercinayətkarlığın qarşısının alınması,

• gender bərabərliyi və insan hüquqları sahəsində maarifləndirmə

kimi istiqamətlər üzrə layihələr həyata keçirilmişdir.

2023–2027-ci illəri əhatə edən PGG III mərhələsi çərçivəsində isə Azərbaycanda mediasiyanın inkişafı, iqtisadi cinayətkarlıqla mübarizə, qadınlara qarşı zorakılığın qarşısının alınması və hüquq bərabərliyinin təşviqi istiqamətlərində yeni layihələr icra olunur.

Azərbaycan Respublikası Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti 6 əsas və 6 əvəzedici üzvdən ibarətdir. Nümayəndə heyəti sessiyalarda ölkənin milli maraqlarını müdafiə edir, müxtəlif sənədlərin hazırlanmasında və müzakirəsində fəal iştirak edir.

Azərbaycan nümayəndə heyəti tərəfindən müxtəlif dövrlərdə Xocalı soyqırımı, mina təhlükəsi, məcburi köçkünlərin hüquqları və regionda sülhün təmin olunması kimi məsələlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmışdır.

Avropa Şurası Parlament Assambleyasında Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən sənədlərdən biri 2005-ci ildə qəbul edilmiş 1416 saylı qətnamədir. Həmin sənəddə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktı qeyd olunmuş və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq hüququ bir daha təsdiqlənmişdir.

Bundan əlavə, 2016-cı ildə qəbul edilmiş Sərsəng su anbarı ilə bağlı qətnamə cəbhəyanı rayonlarda yaşayan yüz minlərlə insanın su təminatı ilə bağlı problemlərə diqqət çəkmişdir.

2021-ci ildə qəbul edilmiş “Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri” adlı hesabatda isə mina təhlükəsi, itkin düşmüş şəxslərin taleyi və müharibənin humanitar nəticələri ilə bağlı məsələlər xüsusi vurğulanmışdır.

Azərbaycan ilə Avropa Şurası arasında münasibətlər qarşılıqlı əməkdaşlıq və institusional dialoq əsasında inkişaf edir. Bu əməkdaşlıq çərçivəsində ölkədə hüquqi və institusional islahatların dəstəklənməsi, insan hüquqlarının müdafiəsi, demokratik institutların möhkəmləndirilməsi və regional təhlükəsizlik məsələlərinin müzakirəsi istiqamətində mühüm addımlar atılmışdır.

Hazırda Avropa Şurası ilə əməkdaşlıq Azərbaycanın hüquqi dövlət quruculuğu, insan hüquqları və demokratik institutların inkişafı istiqamətində həyata keçirdiyi siyasətin mühüm beynəlxalq platformalarından biri kimi çıxış edir.

Şamo Qasımov

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Mart 2026 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see300

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see297

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see292

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see275

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see274

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see268

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see266

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see247

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see232

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see219

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see216

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see215

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see213

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see209

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see203

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see199

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see192

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see188

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see187

Yuxusuz gecədən sonra bunu edin

15 Noyabr 2026 02:02see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri