Avropa Şurasının Baş katibi Alen Berse Venesueladakı vəziyyətlə bağlı açıqlama verib
Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropa Şurasının Baş katibi Alen Berse Venesueladakı vəziyyətlə bağlı yaydığı bəyanatda bu ölkənin xalqı, eləcə də beynəlxalq təhlükəsizlik üçün dərin qeyri-müəyyənlik dövrünün yaşandığını bildirib.
AZƏRTAC xəbər verir ki, onun sözlərinə görə, baş verənləri qınamaq və ya dəstəkləmək mümkün deyil.
Alen Berse vurğulayıb ki, bu böhran gücün normallaşdırıldığı, hüququn isə siyasi alətə çevrildiyi yeni bir qlobal nizamın yarandığını göstərir. Demokratiya, insan hüquqları və hüququn aliliyi prinsiplərinə əsaslanan çoxtərəfli regional təşkilat kimi Avropa Şurası hesab edir ki, bir dövlətin ərazisində gücdən istənilən formada istifadə beynəlxalq hüquq baxımından ciddi suallar doğurur və BMT Nizamnaməsinin suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmamaq prinsiplərinə toxunur.
Açıqlamada qeyd olunub ki, Venesuelada keçid prosesi dinc, demokratik və xalqın iradəsinə hörmət əsasında həyata keçirilməlidir. Demokratiya yalnız venesuelalıların özləri tərəfindən, inklüziv siyasi proses, etibarlı seçkilər və ictimai etimada malik demokratik institutların bərpası yolu ilə möhkəmlənə bilər.
Alen Berse xəbərdarlıq edib ki, hazırkı şərait Venesuelada, regionda və qlobal miqyasda qütbləşməni dərinləşdirə bilər. Onun sözlərinə görə, beynəlxalq hüququn ciddi pozulmasını qınayanlarla bunu əsaslandıranlar arasında yaranan parçalanma beynəlxalq təhlükəsizliyin təməlini zəiflədir.
Baş katib sonda bildirib ki, bu, istər rejim dəyişikliyi, istərsə də xarici təsir adlandırılsın, ortaq və ardıcıl hüquqi prinsiplər deyil, strateji maraqlar əsas götürülür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 05 Yanvar 2026 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















