Icma.az
close
up
RU
Avropa təhlükədə: NATO Rusiyaya qarşı müharibəyə qoşulur?

Avropa təhlükədə: NATO Rusiyaya qarşı müharibəyə qoşulur?

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Co Bayden Ukraynanın Rusiyanın dərinliklərinə zərbə endirmək üçün ABŞ-nin verdiyi silahlardan istifadə etməsinə mane olan məhdudiyyətləri ləğv edib.

Bu barədə “Reuters” vəziyyətlə tanış olan üç mənbəyə istinadən belə yazır.

Mənbələr əməliyyat təhlükəsizliyi ilə bağlı təfərrüatları açıqlamadan Ukraynanın yaxın günlərdə ilk uzunmənzilli hücumlarını həyata keçirməyi planlaşdırdığını bildirib. Ağ Ev şərh verməkdən imtina edib.

Mənbələrin bildirdiyinə görə, ilk dərin zərbələrin 306 km-ə qədər mənzilli ATACMS raketlərindən istifadə edilməklə həyata keçiriləcəyi ehtimal edilir.
Bəzi ABŞ rəsmiləri uzunmənzilli zərbələrə icazə verilməsinin müharibənin ümumi trayektoriyasını dəyişəcəyinə şübhə ilə yanaşsalar da, onlar bu qərarın Rusiya qüvvələrinin qazanc əldə etdiyi bir vaxtda Ukraynaya kömək edəcəyini və Kiyevi danışıqlarda daha yaxşı vəziyyətə salacağını hesab edirlər. 

Tramp vəzifəyə gəldikdən sonra Baydenin qərarını ləğv edib-etməyəcəyi bəlli deyil. Tramp uzun müddətdir ki, ABŞ-nin Ukraynaya maliyyə və hərbi yardımının miqyasını tənqid edib və müharibəni tez bir zamanda bitirəcəyinə söz verib.

Bununla belə, bəzi Konqres Respublikaçılar Baydeni Ukraynanın ABŞ-nin verdiyi silahlardan necə istifadə edə biləcəyi ilə bağlı qaydaları yumşaltmağa çağırıb.

Qeyd edək ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də vəzifəyə başlamasından iki ay əvvəl atılan bu addım Ukrayna Prezidenti Volodimir Zelenskinin Ukrayna ordusuna ABŞ silahlarından Rusiyanın uzaq məsafədəki hərbi obyektlərinə zərbələr endirmək üçün istifadə etməsinə icazə verilməsi ilə bağlı aylarca davam edən tələbindən sonra atılıb.

Maraqlıdır, Bayden administrasiyasının bu addımı müharibənin gedişatını dəyişə bilər? Bu addımdan sonra müharibənin Avropaya yayılması ehtimalı var? Ukraynanın uzaqmənzilli raketlərlə təmin olunması və bu raketlərlə Rusiyanın dərinliklərindəki hərbi obyektlərin vurulması Kiyevin danışıqlar masasında əlini gücləndirəcək? Donald Tramp prezidentlik postunu ələ aldıqdan sonra Baydenin qərarını ləvğ edəcək, yoxsa qüvvədə saxlayacaq?

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cebheinfo.az”-a şərhində qeyd edib k, Bayden administrasiyasının Ukraynanın Rusiyanın dərinliklərinə zərbə endirməsinə icazə verməsi Ukrayna müharibəsi ətrafındakı vəziyyəti daha da gərginləşdirəcək:

“NATO da Ukraynaya belə bir icazə verib. Qərbin son addımları konkret strateji hədəflərə yönələn addımlardır. Kreml dəfələrlə bəyan edib ki, əgər Ukraynaya Rusiyanın dərinliklərində yerləşən hərbi obyektlərə uzaqmənzilli raketlərlə zərbə vurmaq üçün icazə verilərsə, Moskva ABŞ və NATO-nu müharibənin iştirakçısı hesab edəcək.

Rusiyanın rəsmiləri açıq şəkildə bildiriblər ki, belə bir halın baş verəcəyi təqdirdə Moskva təkcə Ukraynanı deyil, həmçinin NATO ölkələrinə də əks cavab tədbirləri görəcək. 

Yəni Ukrayna və Rusiya ərazisindəki müharibə NATO ölkələrinin ərazisinə, xüsusilə Avropa məkanına yayılacaq. Bu da qlobal müharibə anlamına gələcək. Qlobal müharibənin ən böyük təhlükəsi isə nüvə savaşının başlanmasıdır. Göründüyü kimi, Bayden administrasiyanın addımı bütün dünyanı təhlükə altına qoya biləcək prosesə gətirib çıxaracaq. 

Bayden administrasiyası və NATO-dakı bəzi müttəfiqləri Ukraynaya Rusiyanın dərinliklərində hərbi obyektlərə uzaqmənzilli raketlərlə zərbə endirməyə icazə verməsi onu deməyə əsas verir ki, onları xüsusi məqsədlər və niyyətlər güdürlər. 

Xüsusilə, Trampın bu məsələdə rolu diqqət çəkir. Tramp səlahiyyətlərinə başmamışdan əvvəl Ukraynada müharibənin dayandırılması və atəşkəsin əldə olunması istiqamətində fəaliyyətə başlayıb. 

Sözsüz ki, Ukraynada müharibəyə son verilməsi Qərbdəki müəyyən hərbi-siyasi dairələrin maraqlarına cavab vermir. Onlar Rusiya-Ukrayna müharibəsinin daha geniş məkana yayılmasına çalışırlar. 

Bununla da elə bir vəziyyət yaransın ki, Trampın təşəbbüsü ilə Rusiya ilə Ukrayna arasında heç bir danışıq baş tutmasın. Tramp da Baydenin bu qərarını qüvvədə saxlasın”. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Noyabr 2024 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri