Avropa Trampın Kiyevə təzyiqləri artıra biləcəyindən NARAHATDIR
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropada ABŞ Prezidenti Donald Trampın Kiyevə təzyiqləri artıra biləcəyi ilə bağlı narahatlıq güclənir.
Redaktor.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri Avropa rəsmilərinə istinadən məlumat yayıb.
Məqalədə bildirilir ki, iki avropalı rəsmi Trampın qarşıdakı aralıq seçkilər ərəfəsində geosiyasi qələbə əldə etmək məqsədilə Ukraynaya təzyiqləri artıracağından ehtiyat edir. Onların fikrincə, Ağ Ev rəhbəri Kiyevi nəzarətində saxladığı bəzi ərazilərdən imtina etməyə məcbur edə bilər.
Digər adı açıqlanmayan rəsmi isə qeyd edib ki, ABŞ prezidentinin komandasında Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı səbr tükənmək üzrədir və onlar daha sürətli həll variantının tapılmasını istəyirlər.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 09 Aprel 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















