Icma.az
close
up
RU
Avropa Trampın mövqeyini dəyişdirməyə çalışacaq Politoloq

Avropa Trampın mövqeyini dəyişdirməyə çalışacaq Politoloq

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna məsələsində həlledici ölkə - Böyük Britaniya “qırılma nöqtəsi”ndə yenidən ortaya çıxır. Londonda Ukrayna üzrə keçirilən Avropa sammiti Britaniyanın prosesə müdaxilə gedişidir.

Metbuat.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı feysbuk hesabında yazıb.

O qeyd edib ki, daha öncə iki “qırılma nöqtəsi”ndə London hadisələrin inkişafına təsir edə bilib:

"Birincisi, müharibənin başlandığı ilk günlərdə idi: Qərbdə Kiyevin bir neçə günə təslim olacağını düşünür, hətta Zelenskiyə şəhəri tərk etməyi tövsiyə edirdilər; həmin vaxt baş nazir olan Boris Consonun Kiyevə ilk səfər edən lider kimi ABŞ da daxil olmaqla Qərbin Ukraynaya dəstəyini təmin edə bildi; İkincisi, İstanbul danışıqları idi: Rusiyanın tələblərinin böyük ölçüdə nəzərə alındığı razılaşmalar layihəsini sıradan çıxaran və Ukraynanın müqavimətini gücləndirən də Britaniya idi".

Onun sözlərinə görə, Consunun üzləşdiyi kabinet böhranı və istefasında Ukrayna müharibəsinin gedişatına təsir etməsinin də rol oynadığı ehtimallar arasında olub:

"Xüsusilə bunun ABŞ-ın maraqlarına uyğun olaraq, NATO-nun Çini rəsmi şəkildə rəqib elan etdiyi 2022-ci il Madrid sammitindən sonra baş verməsi diqqətçəkən idi. Çünki müharibənin başlanmasında ABŞ və Britaniyanın maraqları uzlaşsa da, necə bitməsində toqquşur. Vaşinqton Avropa və Çin hədəfinə nail olduqdan sonra müharibənin Rusiyanın mövqeyinin nəzərə alınması çərçivəsində bitməsini, London Rusiyanın güc kimi sıradan çıxmasına nail olunduqdan sonra başa çatmasını istəyib. Trampın gəlişi ilə ABŞ-ın bu planı sürətli şəkildə işə salındı. Və Ukrayna üçün yaranan üçüncü “qırılma nöqtəsi”ndə Britaniya yenidən aktiv oyunçu kimi proseslərə daxil olur".


Politoloq hesab edir ki, Londonun oyunu dəyişə bilib-bilməyəcəyi sual altındadır:

"Mövcud şərtlərdə bu o qədər də asan görünmür. Birincisi, Britaniya daha öncə Ukrayna müharibəsində ABŞ-la uzlaşma nöqtələri tapa bilmişdi, bu dəfə kəskin ziddiyyətlər ortaya çıxıb: ABŞ olmadan Avropanı birləşdirmək və hadisələrə yön vermək asan deyil, xüsusilə Vaşinqtonun əks-cəbhədə yer alması fonunda.

İkincisi, Avropanın vahid mövqedən çıxış etməsi, yaxud nəzəri olaraq verilən qərarların praktiki müstəvidə tətbiqi perspektivləri sual altındadır: ABŞ da bu birliyə qarşı rıçaqlarından istifadə edə bilər, o cümlədən, Rusiyanın da Aİ daxilində təsir imkanları qalır. Üçüncüsü, Ukrayna masasında bir araya gələn Britaniya, Fransa və Almaniyanın geosiyasi maraqları arasındakı fərqlər hadisələrin inkişafına təsir edə bilər. Dördüncüsü, Avropanın hərbi xərcləri lazımi səviyyədə artırmaq imkanlarına şübhə ilə yanaşılır".

A.Nərimanlı bildirib ki, London sammiti “Ukraynaya hərbi yardımın davam etdirilməsi və sülh danışıqlarına sadiq qalınması” qərarı ilə yekunlaşıb. Lakin Britaniya baş naziri Starmer başda olmaqla avropalı liderlər çıxışlarında “ABŞ-la vahid mövqedən çıxış etməyin” vacibliyini qeyd ediblər:

"Avropa Ukraynaya dəstəyi davam etdirməklə yanaşı, nə qədər çətin olsa da, Trampın mövqeyini dəyişdirməyə çalışacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 02 Mart 2025 23:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see249

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see202

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see177

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see145

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see144

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see133

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see132

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see132

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see129

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see125

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see124

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see124

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see123

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see123

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see123

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see122

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see122

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri