Icma.az
close
up
RU
Avropa üçlüyünün “snapback” qərarı və İranın gələcəyi

Avropa üçlüyünün “snapback” qərarı və İranın gələcəyi

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa üçlüyü - Böyük Britaniya, Almaniya və Fransa - İrana qarşı “snapback” mexanizmini işə salmağa hazırlaşır. Bu qərar Tehrana nüvə proqramını məhdudlaşdırmaq üçün 30 günlük müddət tanıyır.

Əgər bu baş verməsə, BMT-nin dayandırılmış sanksiyaları avtomatik olaraq bərpa olunacaq.

Bu addımın İran iqtisadiyyatına və regiondakı güc balansına təsirlərindən danışan politoloq Züriyə Qarayeva Bakıvaxtı.az-a bildirib ki, Avropa üçlüyünün “snapback” mexanizmini işə salmaq qərarı əslində BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi çərçivəsində dayandırılmış sanksiyaların avtomatik bərpasını nəzərdə tutur. Yəni İran 30 gün ərzində nüvə proqramı ilə bağlı müəyyən addımlar atmazsa, konvensional silah embarqosu, raket texnologiyası məhdudiyyətləri, maliyyə və bank əməliyyatlarına dair qadağalar yenidən qüvvəyə minəcək. Bu qərar yalnız Avropa İttifaqının sanksiyaları ilə məhdudlaşmır, qlobal hüquqi təsirə malikdir.

Onun sözlərinə görə, İran uzun müddətdir ABŞ sanksiyaları altında fəaliyyət göstərir. Politoloq hesab edir ki, amma Avropanın da qoşulması vəziyyəti xeyli çətinləşdirəcək:

"Avro zonası ilə bank əlaqələri kəsiləcək, ödəniş və kredit imkanları azalacaq. Eyni zamanda, Avropa sığorta şirkətlərinin çəkilməsi ilə İran neftinin daşınması daha bahalı və riskli olacaq. Bu, ölkəni daha ucuz qiymətlərlə neft satmağa məcbur edəcək. Texnologiya və sənaye avadanlığı ilə bağlı məhdudiyyətlər isə daxili istehsalın geriləməsinə gətirib çıxaracaq".

Züriyə Qarayeva:  Avropa sığorta şirkətlərinin çəkilməsi ilə İran neftinin daşınması daha bahalı və riskli olacaq

Z.Qarayeva bu qərarın İran daxilində siyasi nəticələrə təsirinin ola biləcəyini güman edir. Dediyinə görə, sanksiyalar dərinləşdikcə sosial-iqtisadi gərginlik artır və bu, həm cəmiyyətin, həm də siyasi elitanın narazılığını gücləndirir. Politoloq bildirib ki, hakimiyyətin nüvə proqramında güzəştə gedib-getməməsi daxildə ciddi mübahisələrə yol aça bilər. Bir tərəfdən rejim öz gücünü göstərmək istəyir, digər tərəfdən isə ağır iqtisadi təzyiq qarşısında güzəştlərə getmək məcburiyyətində qala bilər.

"İranın zəifləməsi regionda yeni güc boşluğu yarada bilər" deyən həmsphbətimiz burğulayıb ki, bu isə həm Qərbin, həm də regional oyunçuların - Türkiyə, İsrail, Səudiyyə Ərəbistanının - mövqelərini gücləndirə bilər.

"Digər tərəfdən, İranın sıxışdırılması onun Rusiya və Çinlə daha sıx əməkdaşlığa yönəlməsinə səbəb ola bilər. Yəni “snapback” yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan təsirli bir mexanizmdir", - deyə Züriyə Qarayeva əlavə edib.

Zülfü Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 Avqust 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri