Icma.az
close
up
RU
Menu

Valdas Dambrauskas: “Komandama inanıram”

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

Ruslar üçün inflyasiya qumbarası...

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

“Faiz haramdır“dan 50% lik faizə...

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

Bəzi rayonlarda işıq olmayacaq

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

Azərbaycanda baş həkim vəfat edib

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

Avropa Üçüncü Dünya müharibəsinə sürüklənir

Avropa Üçüncü Dünya müharibəsinə sürüklənir

Oxumeni.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa Üçüncü Dünya müharibəsinə sürüklənir

Rusiyanın Ukraynada apardığı işğalçılıq müharibəsi tədricən yeni dünya müharibəsi mərhələsinə qədəm qoymaqdadır. Hadisələrin gedişi göstərir ki,diktator Vladimir Putin faktiki olaraq façist Adolf Hitlerin II Dünya müharibəsinə gətirib çıxaran hərəkətlərini təkrarlayır və Avropa qarşısında nasistlərə məxsus olan qaniçən simasını nümayiş etdirir və qeyri-insani qəddarlıqda hətta Fürerin atasına belə rəhmət oxutdurmaqdadır. Bunu faşist Vladimir Putinin Polşa və Rumıniyanın hava sərhədlərini dronlarla pozaraq Hitlersayağı güc nümayiş etdirməsi də bir daha sübut etməkdədir. Belə ki, sentyabrın 10-da Rusiya dronları Polşa səmasına daxil olaraq bir-sıra obyektləri hədəfə alıb. Polşa rus dronlarının əksəriyyətini zərərsizləşdirə bilib. Bu hadisə bütün Avropada geniş əks-səda verərək Qərb ölkələrində yeni çaxnaşmalara səbəb olub. Lakin Rusiya bununla kifayətlənməyib və sentyabrın 13-də Rusiyaya məxsus pilotsuz uçuş aparatları bə dəfə həyasızcasına Rumıniya sərhədlərini pozaraq adı çəkilən ölkənin hava məkanına 10 kilometr dərinliyə daxil olub və təxminən 1 saat ərzində orada qalıblar. Bununla da faktiki olaraq faşist Putin Rusiysı NATO ölkələrini açıq şəkildə təxribata çəkərək Avropada gərginliyi pik həddinə çatdırıb.

Rusiyanın Avropanı müharibə təhlükəsi ilə təhdid etməsi digər bir müstəvidə də davam edib. Belə ki, sentyabrın 12-də Belarusun ərazisində Rusiya və Belarus "Qərb-2025" adlı birgə hərbi təlimlərə başlayıblar. Əsas manevrlər Belarus ərazisi ilər II Dünya müharibəsi zamanı SSRİ tərəfindən iğal edilən və hazırda Kalininqrad adı ilə tanınan Şərqi Prussiyada da keçirilir. Hərbi təlimlərdə 18 200 nəfər, o cümlədən 5 500 rus əsgəri , onlarla tank, çoxsaylı hava hücumundan müdafiə vasitələri, pilotsuz uçuş aparatları iştirak edir. Hərbi təlimlərdə Vladimir Putin və Aleksandr Lukaşenko Qərbə qarşı birgə müharibənin üç yeni strategiyasını sınaqdan keçirirlər. Məsələ ilə bağlı Almaniyanın “Bild” nəşrinin analitiki Yulian Röpkenin bildirdiyinə görə, hərbi təlimlərdə ruslar və belaruslar Suvalki dəhlizinin ələ keçirilməsi əməliyyatını məşq edirlər. Hərbi təlimlərdə nüvə silahından istifadənin imitasiyası, orta mənzilli "Oreşnik" raketlərinin düşmən hədəflərinə zərbələr endirilməsinin sınaqdan çıxarılması da daxildir. Yulian Röpke belə hesab edir ki, Rusiya bununla da Qərbə qarşı eyni zamanda psixoloji təsir göstərərək onları qorxutmaq və daim təşviş altında saxlamaq məqsədi güdür

Təlimlərin mərkəzi elementi nüvə silahından istifadə imitasiyasıdır. Buraya Qərbə qarşı yeni orta mənzilli "Oreşnik" raketlərinin tətbiqi də daxildir. Bu hissə sırf psixoloji məqsəd daşıyır – Belarusun qonşularını qorxutmaq üçün nəzərdə tutulub. Hərbi təlimlər zamanı həmçinin yeni ərazilərin həyata keçirilməsinə xidmət edən müdafiə döyüşü, müdafiəni yarıb keçmiş düşmənin məhv edilməsi və dövlətin ərazi bütövlüyünün bərpası üçün şəraitin yaradılması sınaqdan keçirilir. Röpkenin fikrincə Rusiya bununla da Kalininqradı öz ərazisi ilə birləşdirən və Litvaya məxsus olan Suvalku dəhlizini ələ keçirməyi hədəfləyir.

Təbii ki, NATO-da Rusiyanın müharibə təhdidlərinə qarşı təhlükəsizlik tədbirlərini gücləndirməkdədir. Belə ki, NATO ötən gün Litvada 40 minlik hərbi təlimlərə başlayıb. Hərbi təlimlərdə hücuma məruz qalan NATO ölkəsinə Avropadan, o cümlədən Almaniyadan nəticəsində canlı qüvvə və hərbi texnikanın göndərilməsi, hava hücumundan müdafiə taktikası, düşmən hücumunun havadan, qurudan və dənizdən qarşısının alınması və ona qarşılıqlı zərbələr endirməsi sınaqdan çıxarılır. Bütün bunlar isə Rusiya ilə NATO-nun faktiki olaraq müharibə vəziyyətində olduğunu göstərir.

Qərblə Rusiya arasında Putinin işğalçılıq siyasəti nəticəsində təhlükəli vəziyyətin əmələ gəldiyini və baş verən hadisələrin II Dünya müharibəsi ərəfəsindəki hadisələri xatırlatdığını Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallasın həyacandolu açıqlaması da bir daha təsdiq edir. Kallas məsələ ilə bağlı Redaktionsnetzwerk Deutschland-a müsahibəsində deyib ki,Avropadakı indiki vəziyyət 1938-ci ildə Çexoslovakiya ilə Almaniya arasında olan vəziyyəti xatırladır:

"Bizim vəziyyətimiz 1938-ci ili xatırladır. Sonra Çexoslovakiya faşist Almaniyasına qarşı kömək istədi, onu almadı və bu ölkə nasistlərin əlinə keçdi. Bu günün fərqi ondadır ki, Ukrayna yıxılarsa, bütün Avropanın təhlükəsizliyi risk altında olacaq. Biz göstərməliyik ki, tarixdən dərs almışıq".

O xəbərdarlıq edib ki, Ukrayna müharibədə məğlub olsa bütün Avropanın təhlükəsizliyi risk altına düşəcək və Rusiya addım-addım Pribaltika ölkələrini, Polşanı və digər əraziləri ələ keçirəcək. Kallas bir daha bəyan edib ki, Rusiyaya inanmaq olmaz və Moskva ilə ərazi güzəştləri barədə danışıqlar Qərb üçün Putin tərəfindən qurulan tələdir.

Beləliklə Kallasın da açıqlaması bir daha Qərblə NATO arasında gərginliyin III Dünya müharibəsi həddinə çatdığınə təsdiq.edir. Bu gərginliyin yeni dünya müharibəsinə çevrilməsinin qarşısını ala bilməsi NATO ölkələrinin Ukraynaya daha qətiyyətli hərbi yardım göstərməsindən və façist Almaniyası ilə biabırcasına imzalanan "Münhen sövdələşməsi"ni yenidən təkrar etməyəcəklərindən asılı olacağı isə şübhə doğurmur.

Əziz MUSTAFA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 15 Sentyabr 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see319

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see310

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see300

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see284

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see274

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see259

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see249

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see242

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see240

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see226

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see222

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see210

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see201

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri