Icma.az
close
up
RU
“Avropa Ukraynaya maksimum təsir göstərəcək ki, bu sənədi imzalamasın” ŞƏRH

“Avropa Ukraynaya maksimum təsir göstərəcək ki, bu sənədi imzalamasın” ŞƏRH

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün hazırladığı 28 maddəlik sülh planının detalları üzə çıxıb.

Plan rəsmi olaraq Ukrayna Prezidenti Volodimir Zelenskiyə təqdim edilib.

Ukrayna Prezident Administrasiyasının məlumatına görə, ABŞ tərəfi bu sənədin diplomatik prosesləri sürətləndirə biləcəyini bildirib. Ağ Ev sözçüsü Karolin Leavitt planı “Hər iki tərəf üçün qəbul edilə bilən həll” kimi qiymətləndirib.

Bəzi ekspertlər isə bildirirlər ki, Ukrayna Prezidenti Vladimir Zelenski guya ölkəni “sataraq” Qərb ölkələrindən birinə köçəcək. İddialara görə, “satış paketi”nə 463 şəhər, 882 qəsəbə və 28 376 kənd daxil edilir. Ümumilikdə 40 milyonluq əhalinin yeni “alıcıya təhvil veriləcəyi” irəli sürülür.

Qeyd edək ki, Ukrayna əhalisinin 53,5 faizi qadınlar, 46,5 faizi isə kişilərdir. Ölkədə 5,3 milyon uşaq, 25,5 milyon əmək qabiliyyətli şəxs və 65 yaşdan yuxarı 7,2 milyon ahıl yaşayır.

Gununsesi.info-ya danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov bildirib ki, Zelenskinin ölkəsini və ya ərazilərini “satması” məsələsi, bu sülh sənədinin imzalanması artıq özlüyündə həmin ərazilərin Rusiyaya verilməsi demək olacaq:

“Bu isə, hərçənd Rusiyanın iqtisadiyyatı zəifdir və müharibədə tam istədiyi nəticələri əldə etməyib, Kremlin böyük bir qələbə görüntüsü yaratmasına imkan verəcək.

Rusiya bunu təkcə Ukrayna üzərində deyil, həm də NATO və Avropa qarşısında qələbə kimi təqdim edəcək. Bu, Rusiyanın iqtisadi baxımdan zəifləməsinə baxmayaraq, regiondakı mövqelərinin — ən azı müharibə dövrünə nisbətən — güclənməsinə səbəb ola bilər.

Bu səbəbdən Avropa tərəfi belə bir nəticəni qəbul etmir.

Avropanın əsas məqsədi Rusiyanın məğlubiyyətidir. ABŞ-ın prioriteti isə daha çox Çindir. Bu isə ABŞ və Avropa arasında hədəflərin və məqsədlərin parçalanmasına səbəb olur.

Bu baxımdan, mən düşünürəm ki, Avropa bu prosesi qəbul etməyəcək və Ukraynaya maksimum təsir göstərəcək ki, bu sənədi qəbul etməsin və ya imzalamasın”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 Noyabr 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri