Avropa Ukraynaya yardımı müstəqil şəkildə davam etdirə bilər Merz
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampı sabit Avropanın Vaşinqtonun maraqlarına uyğun olduğuna inandırmağa çalışdığını bildirib.
Redaktor.az xəbər verir ki, o, bu barədə “Spiegel” jurnalına müsahibəsində danışıb.
Merzin sözlərinə görə, sabit Avropa İttifaqının tərəfdaş kimi mövcudluğu ABŞ-nin öz maraqlarına da uyğundur.
Kansler qeyd edib ki, ABŞ ötən ilin əvvəlindən Ukraynaya silah və hərbi texnika alınması üçün vəsait ayırmır. Hazırda bu yardımlar Avropa və digər ölkələrin daxil olduğu “könüllülər koalisiyası” tərəfindən təmin edilir.
Merz bildirib ki, bu vəziyyət Avropanın Ukraynaya dəstəyi müstəqil şəkildə davam etdirə bildiyini göstərir.
O, belə dəstəyin dövlət büdcələrinə ciddi yük yaratdığını, lakin münaqişə başa çatana qədər davam edəcəyini vurğulayıb.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 20 Oktyabr 2026 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















