Avropa və Asiyada benzinin qiyməti 40 faiz yüksəlib
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Avropa və Asiyada istehlakçılar ABŞ və İsrailin İrana qarşı əməliyyatları başlayandan bəri aviasiya yanacağının qiymətinin 35%, benzinin isə 40% artması ilə üzləşiblər.
Redaktor.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) kommunikasiya direktoru Culi Kozak bildirib.
BVF nümayəndəsinin sözlərinə görə, neft qiymətlərindəki dəyişikliklər neft məhsulları bazarına "dalğavari təsir" göstərir. Bunun nəticəsində aviasiya yanacağı, neft emalı məhsulları və neft-kimya sənayesi məhsullarının ehtiyatları azalaraq aşağı səviyyəyə enir.
İran ətrafında yaranan eskalasiya Fars körfəzi ölkələrindən dünya bazarına neft və mayeləşdirilmiş təbii qazın daşındığı əsas marşrut olan Hörmüz boğazının faktiki bloklanmasına səbəb olub. Bu vəziyyət həm neft ixracına, həm də hasilat səviyyəsinə mənfi təsir göstərib.
Nəticədə dünyanın əksər ölkələrində yanacaq və sənaye məhsullarının qiymətlərində artım müşahidə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 05 İyun 2026 04:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















