Icma.az
close
up
RU
Avropa və Çin modellərinin idxalı necə olmalıdır? Fərqli yanaşmalar var FOTO

Avropa və Çin modellərinin idxalı necə olmalıdır? Fərqli yanaşmalar var FOTO

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Oxucu üçün bu sual qəribə görünə bilər və bunun da səbəbi aydındır. Azərbaycanda avtomobil idxalında başlıca qanuni məhdudiyyət istehsal ilidir. Yəni, istehsal ili yaxın olan, ekoloji normalara uyğun avtomobil marka və modelindən asılı olmadan ölkəyə gətirilə bilər. Burada təəccüblü heç nə yoxdur. Oxşar məhdudiyyət əksər ölkələrdə mövcuddur. Lakin, məhdudiyyət təkcə bununla məhdudlaşmır. 

Avtosfer.az xəbər verir ki, Avropa İttifaqı ölkələrinə avtomobil idxalı 2 prinsiplə həyata keçirilir. Bunlardan biri diller vasitəsi ilə satışdır. Bu satışın Azərbaycandakından ciddi fərqi yoxdur. Salonda təzə avtomobili seç, pulunu ödə, nömrə və qeydiyyat şəhadətnaməsi al, vəssalam. Maşının satışa hazırlığı, digər sənədləşmələrini diler özü həyata keçirir, müştərinin bu prosedurlardan xəbəri olmur. 

Bəs tutaq ki, bir isveçli, fransız və ya belçikalı özü qonşu Almaniyadan avtomobil gətirə bilərmi? Hər 3 ölkənin vətəndaşları heç bir sərhəd nəzarəti olmadan Almaniyaya asanlıqla gedib-gələ bilir. Bizdən fərqli olaraq, nəinki vizaya və təyyarə biletinə, heç pasporta da gərək yoxdur. Strasburqda yaşayan bir fransız tramvayla Almaniyanın Kel şəhərinə gedib həftəlik bazarlığını edə bilir. Almaniyada qiymət daha ucuzdur. Bəs ucuz ərzaqla birgə ucuz maşın da almaq mümkündürmü?
Bəli, mümkündür, amma bürokratiya ağırdır. Hansısa isveçli, fransız və ya belçikalı Almaniyadan avtomobil gətirdikdə onu axtarıb tapmalı, hüquqi şəxsdən aldığı halda 19 faiz ƏDV ödəməli, müvəqqəti sığorta etdirməli (35 avro), tranzit nömrə (15 avro) almalıdır. Bu nömrə ilə avtomobili Avropada 1 ay sürmək mümkündür.
Əsl çətinlik ölkəyə gəldikdən sonra başlayır. Prosedurlar kiçik istisnalarla əksər ölkələrdə eynidir. Fərdi qaydada  idxal edilən avtomobilin mənşə ölkəsində heç bir yüklülüyü (vergi borcu və s.) olmamalı, maşının vaxtı-vaxtında servisinin aparılmasına dair sənədləri olmalıdır. Avtomobil ən geci 6 ay əvvəl texniki baxışdan keçmiş olmalıdır. Bununla yanaşı, Avtomobilin Avropa normnalarına uyğunluq sənədi də təqdim edilməlidir. 

Lakin iş bununla bitmir. Sənədləşməyə təqdim edilərkən mütəxəssislər avtomobilin güzgülərini, səs səviyyəsini, dəm qazını, tormozlarını və hətta kütləsini də yoxlayırlar. Ardınca, təkərlərin, hava yastığı və kəmərlərin, oturacaqların və sairin Avropa sisteminə uyğunluğu yoxlanılır. Bir anlıq təsəvvür edin: Avropa avtomobili dedikdə ağla ilk gələn “Mercedes” və BMW olur. Bununla belə, həmin maşınlar belə yoxlanılır. 

Avropa ölkələrində istismar müddəti 2 ay və ya 6000 kilometri keçmiş idxal maşınlar ikinci əl hesab edilir və xüsusi yoxlanılır. 
Avropaya dilerlərlə yanaşı ayrıca hüquqi şəxslər də avtomobil idxal edə bilər. Bu idxal rəqabət yaratdığı üçün təşviq edilir. Lakin onların da ciddi öhdəlikləri mövcuddur. Belə ki, dilerlər kimi ayrıca firmalar da, gətirdikləri avtomobillərə zəmanət verməli, servis və ehtiyat hissələri ilə təmin etməlidir. Avropa normalarına uyğun olmayan maşınların gətirilməsi yolverilməzdir. Bu tələblərə görə Çin avtomobilləri ilə yanaşı, Çində istehsal olunmuş Almaniya və Yaponiya modelləri də Avropa bazarına ayaq aça bilmir. 

İqtisadçı-ekspert Elman Sadıqov heesab edir ki, dünya bazarında Avropa və Yaponiya istehsalı olan modellər özlərini doğruldub. Lakin bu maşınların Çin modelləri də var. Avropa və Yaponiya istehsalı olan modellərin gec sıradan çıxdığı məlum olsa da, Çin modelləri ilə bağlı şübhələr mövcuddur.  
Detalları tez sıradan çıxan avtomobillərin kütləvi istismarı böyük həcmdə ehtiyat hissəsinin gətirilməsini zəruri edir. Bu da ölkədən valyuta axını ilə nəticələnir. Çin modelləri ilə bağlı bir problem də bəzi istehsalı dayanmış maşınların ölkəyə gətirilməsidir. Bir müddət sonra bu avtomobillər üçün ehtiyat hissə problemləri qaçınılmaz olacaq. 

Ümumiyyətlə, Çin modelləri ilə bağlı suallar çoxdur. Bəzi markalar, məsələn BYD özünü doğruldub, digərləri ilə bağlı şübhələr var. Biz isə Azərbaycanın avtomobil parkını yeniləyərkən hansı modellərə üstünlük verəcəyimizi düşünməliyik”.   

Yenidən kütlə məsələsinə qayıdaq. Avropa polisi idxal avtomobilin kütləsini ölçməkdə məqsədi nədir? Bu, avtomobilin sırf regional variantları ilə bağlıdır. Eyni xarici görünüşə malik olan avtomobil müxtəlif bazarlara fərqli konfiqurasiyada təqdim olunur. Avropa bazarı üçün nəzərdə tutulmuş avtomobillərin ekoloji standartı ilə yanaşı təhlükəsizlik tələbləri də yüksəkdir. Buna görə də, eyni modelin Asiya bazarı üçün olan versiyaları daha sadə kofiqurasiyalı olur. Maya dəyərini azaltmaq üçün bir çox təhlükəsizlik elementi ixtisar edilir. Bunu isə ilk baxışda görmək olmasa da, ilk qəzada hökmən görünür. Nəticə isə əksər hallarda ağır olur. 
Başqa bir məqam: qəza keçirmiş avtomobilin hansısa detalının yerinə qoyulmaması, ixtisar edilməsi də tez tez rast gəlinən hallardandır. Bunu əsasən görünməyən detallarda edirlər.

Bir sözlə, idxal avtomobili tərəziyə çıxaran avropalı məmurları ifrat bürokratiyada ittiham etmək doğru olmaz. Onların məqsədi bazarı və əhalini qorumaqdır. 
Çox vaxt yerli bazara uyğunlaşmaq üçün istehsalçılar hansısa ölkədə və ya qitədə zavod qururlar. Bunun ən yaxşı nümunələrini yaponlar qurublar. Yarım əsrdir bazarda olan Toyota Corolla dünyada 51 milyon ədəddən çox satılıb. Bu modelin cəmi 30 faizi Yaponiya ərazisində yığılıb. Model uzun müddətdir Avropada da istehsal olunur və getdikcə populyarlaşır. Bu maşınların digər regionlar üçün nəzərdə tutulanlardan fərqi komplektasiyadır. Xarici görünüş çox da seçilməsə  də, təchizat sırf Avropa tələblərinə əsaslanır. 1961-ci ildə Avropa bazarına girən Toyota hazırda İttifaq ərazisində 8 zavod qurub. Bütün əsas komponentlər burada hazırlanır. Avropa İttifaqında satılan Toyota avtomobillərinin 80 faizindən çoxu elə Avropada istehsal olunur. İdxal isə başlıca olaraq Yaponiya və Tükiyədən həyata keçirilir. Bir sözlə, Köhnə qitə üçün nəzərdə tutulmuş modellərin yalnız adı yapondur. Maşınlar konseptual olaraq Avropa sistemlidir. Bütün sınaqlar və kraş testlər Avropada və Avropa normaları üzrə aparılır.  90-cı illərdə isə şirkətin lüks brendi “Lexus”u yaratmaqda məqsədi də məhz Avropa bazarında iştirakı genişləndirmək idi. 

Yenidən ölkəmizə qayıdaq. Avropa normalarına görə, hansısa modelin istehsalı dayandıqdan sonra azı 8 il bazarda ehtiyat hissələri olmalıdır. Bizim ölkəmizdə isə paralel yolla gətirilmiş Çin istehsalı olan modellərin ehtiyat hissə problemi təəssüf ki, model istehsaldan çıxmamış başlayır.

Vüqar Yaşaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 16 Dekabr 2024 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see338

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see243

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see186

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see151

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see143

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see134

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri