Icma.az
close
up
RU
Avropa və Yaxın Şərqin təhlükəsizliyi bir biri ilə sıx bağlıdır

Avropa və Yaxın Şərqin təhlükəsizliyi bir biri ilə sıx bağlıdır

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Zelenskinin regiona səfəri nə il yadda qaldı?

Yaxın Şərqdə münaqişənin davam etməsi nəticəsində Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı aparılan danışıqlar arxa plana keçib. Buna baxmayaraq, Kiyev diplomatik fəallığını artırmağa çalışır. Rusiya ilə müharibə şəraitində olmasına rəğmən Ukrayna Yaxın Şərq münaqişəsinin həllində rol oynamaq istəyir. Ukrayna Prezidenti Volodimir Zelenskinin Suriyaya səfəri də bunu göstərir.

Zelenski Dəməşqdən əvvəl İstanbulda olub

Qeyd edək ki, Zelenski Suriyadan əvvəl Türkiyədə işgüzar səfərdə olub. Səfər çərçivəsində İstanbulda keçirilən görüşlərdə Ukrayna ilə Türkiyə arasında ikitərəfli məsələlər, regional proseslər, eləcə də ilk növbədə, İstanbul Prosesi çərçivəsində atəşkəsin təmin edilməsi və davamlı həll yolları istiqamətində səylər müzakirə olunub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Zelenskinin Dolmabahçe İş Ofisində baş tutan görüşündə Türkiyə-Ukrayna ikitərəfli münasibətləri, Ukrayna-Rusiya müharibəsində sülh yolları, eləcə də regional və qlobal prosesləri müzakirə ediblər. Prezident Ərdoğan görüş zamanı Türkiyənin Ukrayna ilə Rusiya arasında danışıqlara dəstəyinin davam edəcəyini, bölgənin daha çox sülh və sabitliyə ehtiyacı olduğunu bildirib. Ərdoğan Türkiyənin Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinə böyük əhəmiyyət verdiyini qeyd edərək enerji təchizatının təhlükəsizliyinin vacibliyini vurğulayıb.

O, Türkiyənin Ukrayna ilə qarşılıqlı ticarət dövriyyəsini artırmaqda qətiyyətli olduğunu və bunun üçün zəruri addımların atılmağa davam edəcəyini bildirib, Ukraynanın Körfəz ölkələri ilə münasibətlərini inkişaf etdirməsindən məmnunluğunu ifadə edib.

Ukrayna Prezidenti V.Zelenski isə sosial media hesablarında yazıb ki, İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş zamanı ölkələrimiz arasında ikitərəfli münasibətləri, Avropa və Yaxın Şərqdəki vəziyyəti müzakirə etdik. Birgə və əlaqələndirilmiş hərəkətlərlə dünyanın hər yerində insanlar üçün daha böyük təhlükəsizliyin təmin edilməsi vacibdir. “Təhlükəsizlik sahəsində əməkdaşlıqda yeni addımlar barədə razılığa gəldik. Bu, ilk növbədə, Türkiyəni necə dəstəkləyə biləcəyimizə aiddir: texnologiya və təcrübə. Birgə işləmək üçün fundamental siyasi öhdəlik var və komandalarımız yaxın günlərdə detalları dəqiqləşdirəcəklər. Qaz infrastrukturunun tikintisində birgə layihələrin həyata keçirilməsi üçün praktik addımları, eləcə də qaz yataqlarının birgə işlənməsi imkanlarını müzakirə etdik”, - deyə Zelenski əlavə edib. O, Ukraynanın müstəqilliyinə və ərazi bütövlüyünə ardıcıl dəstəklərinə görə Türkiyə Prezidentinə və xalqına minnətdarlığını bildirib: “Bütün bu illər ərzində sıx əməkdaşlığımızı yüksək qiymətləndiririk ki, bu da bizə bütün bölgəmizi gücləndirə biləcək ciddi layihələr üzərində işləməyə imkan verir”.

Hakan Fidan Ukrayna və Suriya liderlərinin görüşündə işirak edib

Suriya səfəri çərçivəsində isə Volodimir Zelenski Dəməşqdə suriyalı həmkarı Əhməd Əl Şaraa ilə görüşüb. Ukraynanın Prezident Ofisindən verilən məlumata görə, görüşdə təhlükəsizlik məsələləri müzakirə olunub. “Rusiyanın Ukraynaya qarşı müharibəsinin vəziyyətini də müzakirə etdik. Suriyanın ərazi bütövlüyü mövzusunda dəstəyinə görə minnətdaram. Hərbi və müdafiə sahəsində təcrübə mübadiləsinə böyük maraq var. Həmçinin Ukraynanın etibarlı qida məhsullarının təchizatçısı kimi roluna toxunduq və regionda ərzaq təhlükəsizliyini gücləndirmək üçün birgə imkanları müzakirə etdik. Suriyanın hazırda üzləşdiyi enerji və infrastruktur çətinliklərindən yaxşı xəbərdarıq. Dövlətlərimizin və xalqlarımızın imkanlarını artırmaq üçün birlikdə işləməyə hazırıq”, - deyə Ofisin Ukrayna Prezidenti adından verdiyi açıqlamada bildirilib.

Diqqətçəkən məqam ondan ibarətdir ki, bu görüşdə Türkiyənin XİN başçısı Hakan Fidan da iştirak edib. Bu fakt Ankaranın regional prosesdə önəminin göstəricisidir. Dəməşqdə Zelenskinin səfəri çərçivəsində Ukrayna-Suriya-Türkiyə formatında üçtərəfli görüşün keçirilməsi də kifayət qədər ciddi mətləblərdən xəbər verir. Rəsmi açıqlamalara görə, üçtərəfli görüşdə  müdafiə əməkdaşlığı və ərzaq təhlükəsizliyi məsələləri müzakirə olunub. Zelenski özünün telegram kanalında yazıb ki, “Dəməşqdə iki görüş - Suriya Prezidenti Əhməd Əl Şaraa və hər iki liderin komandaları ilə ikitərəfli görüş, həmçinin Ukrayna-Suriya-Türkiyə formatında üçtərəfli görüş keçirilib”. “Təhlükəsizlik və müdafiə məsələlərindən, İran ətrafında baş verən bütün hadisələrə görə regiondakı vəziyyətdən tutmuş ölkələrimiz arasında enerji və infrastruktur əməkdaşlığına qədər biz hər şeyi müzakirə edə bildik. Həmçinin ərzaq təhlükəsizliyi üzərində işləməyə davam edəcəyik”, - deyə o vurğulayıb.

Prezident, həmçinin qeyd edib ki, Ukrayna ilə Rusiya arasında danışıqlar prosesi də müzakirə olunub. “Ukrayna Əsəd rejiminin süqutundan sonra yeni Suriyanı dəstəkləyən ilk ölkələrdən biri olub. Biz sabitliyi və inkişafı dəstəkləməyə davam etməyə hazırıq. Xalqlarımızı, ölkələrimizi və iqtisadiyyatlarımızı daha da gücləndirmək üçün birlikdə daha çox çalışacağıq”, - deyə Zelenski əlavə edib.

Səfirliklərin fəaliyyəti bərpa olunacaq

Onu da qeyd edək ki, səfər zamanı Ukrayna və Suriyada bu ölkələrin səfirliklərinin yenidən açılması barədə razılığa gəlinib. Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın sözlərinə görə, Suriyanın xarici işlər naziri Əsəd Həsən əl-Şeybani ilə danışıqlar aparıb və tərəflər bir sıra vacib məsələləri, eləcə də təşəbbüsləri müzakirə ediblər. Avropa və Yaxın Şərqin təhlükəsizliyinin bir-biri ilə sıx bağlı olduğu vurğulanıb və bu mövzu əsas diqqət mərkəzində olub. “Xalqlarımız üçün davamlı sülhə nail olmaq üçün birlikdə işləməyə davam edəcəyik. Həmçinin iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensiala malik sahələr - ticarət, dəniz yollarının inkişafı və logistika məsələlərini müzakirə etdik”, - deyə Sibiqa qeyd edib. Nazir qida təhlükəsizliyinin də prioritet olaraq qaldığını vurğulayıb.

O əlavə edib ki, Ukrayna regionda sabitliyi dəstəkləmək üçün Ukraynadan taxıl təşəbbüsü vasitəsilə töhfə verməyə hazırdır. Sibiqa bildirib ki, diplomatik münasibətlərin bərpası ilə bağlı Birgə Kommünikenin imzalanmasından sonra ikitərəfli ticarət doqquz dəfə artıb və bunun daha da genişləndirilməsi üçün imkanlar mövcuddur. Tərəflər humanitar və təhsil sahəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Qeyd olunub ki, Suriyadan olan bir çox tələbə Ukraynada təhsil alıb və almaqda davam edir ki, bu da gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır.

Nazir onu da deyib ki, tərəflər yaxın vaxtlarda Kiyev və Dəməşq şəhərlərində səfirliklərin fəaliyyətini bərpa etmək barədə razılığa gəliblər.

N.BAYRAMLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Aprel 2026 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see414

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see322

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see305

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see293

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see281

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see275

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see271

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see261

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see243

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see241

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see235

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see235

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see235

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see234

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see222

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see222

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see187

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri