Icma.az
close
up
RU
Avropada ayrıseçkiliyin artması narahatlıq doğurur Ceyhun Bayramov

Avropada ayrıseçkiliyin artması narahatlıq doğurur Ceyhun Bayramov

Icma.az, Manset portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 31-ci iclasında iştirak edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Manset.az-a bildiriblər ki, tədbirdə çıxış edən Ceyhun Bayramov bugünkü iclasın olduqca mürəkkəb dövrə təsadüf etdiyini deyib. Bildirib ki, beynəlxalq hüququn pozulması, beynəlxalq öhdəliklərin yanlış təfsiri və selektiv şəkildə tətbiqi inam və etimadın azalmasının, habelə çoxtərəfliliyin davam edən böhranının əsasında dayanır. Eyni zamanda, təhlükəsizlik və sabitlik heç bir sərhəd tanımayan, çoxtərəfli həllər tələb edən artan transmilli çağırışların mövcudluğuna görə təhdid altındadır.

Qeyd olunub ki, Avropada islamofobiya və antisemitizm kimi etnik, dini dözümsüzlüyün və ayrı-seçkiliyin artması narahatlıq doğurur. ATƏT-ə üzv olan müvafiq dövlətlərin Təşkilat çərçivəsində aidiyyəti və beynəlxalq öhdəliklərinə əməl etmələri son dərəcə vacibdir.

Helsinki Yekun Aktından başlayaraq, ATƏT-in bütün sənədlərində təsbit olunmuş fundamental norma, prinsip və öhdəliklərə hörmət edilməsi və əməl olunması, xüsusilə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət təhlükəsizlik və sülhün təməl daşı, eləcə də dialoq və əməkdaşlıq üçün əsas olmalıdır.

Nazir deyib ki, Azərbaycan ATƏT-in də daxil olduğu effektiv çoxtərəfliliyin güclü tərəfdarı olaraq qalır və büdcənin qısa zamanda qəbul edilməsi, habelə ATƏT-in funksionallığı ilə bağlı, baş katibin və icra strukturlarının rəhbərlərinin təyin edilməsi məsələsi ətrafında yaranmış çıxılmaz vəziyyətin həll olunması məsələlərinin həllində konstruktiv qarşılıqlı fəaliyyətə çağırır.

“Təşkilatın məhdud resursları ATƏT-in maliyyə qaydalarına tam uyğun olaraq, ən çox ehtiyacın duyulduğu istiqamətə, aktual və konsensusun mövcud olduğu proqram fəaliyyətlərinin maliyyələşdirilməsinə yönəldilməlidir”, - deyə C.Bayramov əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 05 Dekabr 2024 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see188

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see151

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see143

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see140

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see134

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see131

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see131

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see130

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see129

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see127

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see127

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see125

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see124

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see124

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see123

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see123

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri